» Zövq və dəbdəbənin ünvanı – “Flaminqo” Şadlıq Sarayı

Zövq və dəbdəbənin ünvanı – “Flaminqo” Şadlıq Sarayı

  • Dünən, 13:34
  • ---
  • 0
  • 13
Zövq və dəbdəbənin ünvanı – “Flaminqo” Şadlıq Sarayı


Xeyirxahlıqla tanınan iş adamı: İsfəndiyar Axundovun uğur və nüfuz hekayəsi

Zəriflik, təmtəraq və yüksək xidmətin vəhdətini axtaranlar üçün Bakının seçilən məkanlarından biri – “Flaminqo” Şadlıq Sarayı illərdir ki, toy, nişan, ad günü və digər ailəvi tədbirlərin ideal ünvanıdır. Müasir dizaynı, geniş və eleqant zalı, zəngin menyusu və peşəkar personalı ilə “Flaminqo” Şadlıq Sarayı hər bir tədbiri möhtəşəm və yaddaqalan edir.

Sarayda keçirilən mərasimlərdə müştərilərin arzuları əsas götürülür, istənilən tərz və ssenariyə uyğun fərdi yanaşma tətbiq olunur. Xüsusilə toy mərasimlərində təqdim edilən dekorasiya seçimləri, musiqi və işıq effektləri, həmçinin ləzzətli milli və dünya mətbəxindən hazırlanan menyular qonaqların məmnuniyyətini təmin edir. “Flaminqo” təkcə tədbir məkanı deyil, həm də yaddaşlara həkk olunan xoş xatirələrin ünvanıdır.

Bu gözəl məkanın yaradıcısı və rəhbəri isə öz zəhməti, təşəbbüskarlığı və insanlara olan sevgisi ilə seçilən İsfəndiyar Axundovdur.

İsfəndiyar Axundov – təkcə uğurlu sahibkar deyil, həm də xeyirxahlıq simvolu
İsfəndiyar Axundov uzun illərdir ki, öz zəhməti ilə biznes dünyasında nüfuz qazanmış, təkcə uğurlu layihələri ilə deyil, eyni zamanda xeyirxah əməlləri ilə tanınan tanınmış iş adamıdır. O, rəhbərlik etdiyi “Flaminqo” Şadlıq Sarayını sadəcə bir kommersiya müəssisəsi deyil, həm də xeyir işlərin mərkəzinə çevirib.

İsfəndiyar müəllim şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə dəstəyini daim davam etdirir. Bir çox hallarda bu ailələr üçün ödənişsiz və ya güzəştli şadlıq mərasimləri təşkil edilir. O, həmçinin müxtəlif xeyriyyə kampaniyalarında fəal iştirak edir, ehtiyaclı insanlara yardım göstərir və cəmiyyətin sosial rifahına töhfə verir.

Onun həyat və biznes fəlsəfəsində insana dəyər vermək, doğma torpağa xidmət etmək və dövlətə sədaqətli olmaq mühüm yer tutur. İsfəndiyar Axundov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi siyasəti daim dəstəklədiyini açıq şəkildə ifadə edir və dövlətə bağlılığı ilə seçilən bir sahibkardır.

Onun gördüyü işlər, yaratdığı imkanlar və göstərdiyi sosial həssaslıq nümunə olacaq səviyyədədir. İsfəndiyar Axundov öz fəaliyyəti ilə sübut edir ki, uğurlu iş adamı olmaqla yanaşı, həm də vicdanlı və mərhəmətli bir vətəndaş olmaq mümkündür.

Biz də ona yeni uğurlar, bol müştəri məmnuniyyəti, daim yüksələn nüfuz və ilhamverici xeyirxah missiyasının davamını arzu edirik!
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Qalereya