» Kamaləddin Qafarov: “Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir”

Kamaləddin Qafarov: “Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir”

  • 20-10-2024, 10:08
  • ---
  • 0
  • 23
Kamaləddin Qafarov: “Zəngilanın azad edilməsi ən parlaq qələbələrimizdən biridir”


“45 min nəfərdən çox əhalisi olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdular. 25-29 oktyabr 1993-cü ildə qeyri-bərabər döyüşlərdə əhali 235 nəfər şəhid və itkin verərək Araz çayından İran İslam Respublikasının ərazisinə keçərək xilas ola bilmişdi”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili xatırladıb ki, işğaldan sonra rayon əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşdı.” Rayon ərazisində dəhşətli cinayətlər baş verdi, kəndlər, infrastrukturlar məhv edildi, tarixi ən qədim dövrlərə, bəzilərinin isə hətta eramızdan əvvəl VI əsrə qədər gedib çıxan tarixi abidələr erməni vandalizminin qurbanı oldu, talan edildi və tamamilə dağıdılaraq, yerlə-yeksan olundu.”

K.Qafarov Zəngilanın azad edilməsinin Vətən müharibəsinin gedişində əldə olunmuş mühüm qələbələrdən biri olduğunu vurğulayıb: “2020-ci ilin 20 oktyabr tarixində Şanlı Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində növbəti parlaq qələbələrindən birini əldə etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladıqları əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə darmadağın olunması ilə nəticələndi. Vətən müharibəsinin ilk günlərində Zəngilandan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbələr vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun yeddi kəndinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi. Ümumilikdə isə Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa olundu. Bu tarixi zəfərin əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya