» Eltun Süleymanov: “Cənab İlham Əliyev də bu illər ərzində münasibətləri ən yüksək səviyyəyə çatdırıb”

Eltun Süleymanov: “Cənab İlham Əliyev də bu illər ərzində münasibətləri ən yüksək səviyyəyə çatdırıb”

  • 20-08-2024, 11:01
  • ---
  • 0
  • 54
Eltun Süleymanov: “Cənab İlham Əliyev də bu illər ərzində münasibətləri ən yüksək səviyyəyə çatdırıb”


Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin öılkəmizə rəsmi səfəri və avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və mətbuata bəyanatlarla çıxış etməsi Rusiya-Azərbaycan münasibətlərində yeni bir səhifənin açıldığnı göstərir. Səfərin xüsusi əhəmiyyət daşıdığını qeyd edən cənab Prezident İlham Əliyev mətbuata Bəyanatında bildirmişdir ki, “Səfər xüsusi xarakter daşıyır. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar olub. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirmişdir ki. “2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni mühüm sənəd adlandıran ölkəmizin başçısı bunun xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırılmasında xüsusi rol oynadığını xüsusi vurğulamışdır.
Cənab İlham Əliyev müzakirə edilən məsələlər içərisində nəqliyyat komponentinin olduğuna diqqət çəkərək bildirmişdir ki, ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsində fəal iştirak edir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi prosesi həyata keçirilir və 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanları nəzərdən keçirilir. Cənab Prezident bunu xüsusi vurğulamışdır ki, “Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.” Bu layihənin həyata keçirilməsi hər iki dövlətin maraqlarına uyğundur və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.

Eltun Süleymanov qeyd etmişdir ki, “Həm Rusiya, həm də Azərbaycan hökuməti münasibətlərin hazırkı səviyyəsini strateji tərəfdaşlıq kimi qiymətləndirir. Azərbaycan bu münasibətləri xoşniyyətlilik və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dərinləşdirməyin tərəfdarıdır. Rusiya və Azərbaycan əlaqələrində vacib məqam, əlbəttə ki, iqtisadi münasibətlərdir. “Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq”-deyə qeyd edən ölkə başçısı bu sahədə kifayət qədər yüksək nəticələrə nail olunduğunu bildirmişdir.
Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya ilə Azərbaycan əlaqələri Ümummilli lider Heydər Əliyevin dövründən etibarən sürətlə inkişaf edib. dövlət başçısı İlham Əliyev də bu illər ərzində münasibətləri ən yüksək səviyyəyə çatdırıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya