» Kamaləddin Qafarov: “Avropa Birliyi ölkələrinin Azərbaycana marağı gündən-günə artır”

Kamaləddin Qafarov: “Avropa Birliyi ölkələrinin Azərbaycana marağı gündən-günə artır”

  • 22-07-2024, 16:29
  • ---
  • 0
  • 32
Kamaləddin Qafarov: “Avropa Birliyi ölkələrinin Azərbaycana marağı gündən-günə artır”


“İyulun 18-də İngiltərənin Oksford şəhərində “Avropa Siyasi Birliyi”nin IV Zirvə toplantısı öz işinə başlayıb. Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə sammitdə iştirak edir. Məlumdur ki, “Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Qurumun məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov göstərib ki, dövlət başçımız bundan əvvəl də “Avropa Siyasi Birliyi”nin Çexiya və Moldovada keçirilən Zirvə toplantılarında iştirak edib ki, bu da Azərbaycanın Avropada mövqelərinin getdikcə daha da möhkəmlənməsinin və cənab Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzunun daha bir göstəricisidir. “Təşkilatın Oksford Sammiti çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda Dəyirmi masada iştirak edən dövlət başçımız tədbirdə etdiyi çıxışında Avropa ictimaiyyətini düşündürən bir çox məsələlər barədə önəmli açıqlamalar verib. Cənab Prezident xatırladıb ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Ölkəmiz bu hədəfə doğru irəliləyir və bu il Avropa qitəsinə bizim qaz təchizatımız 13 milyard kubmetrə yaxın olacaq.”

K.Qafarov bildirib ki, Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi imkanları ölkənin milli maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu gün Azərbaycandan səkkiz ölkə, o cümlədən Avropa İttifaqının beş üzvü - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya, eləcə də üzvlüyə iki namizəd ölkə - Gürcüstan və Serbiya təbii qaz alır. Yaxın perspektivdə ölkəmizin Sloveniya bazarına da daxil olacağı gözlənilir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Avropa interkonnektor layihələri icra olunduqca, Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar yaranacaq. Azərbaycan öz hədəflərinə çatmaq üçün yeni tərəfdaşlarla, əsasən, Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməli və mövcud bazarlara qaz təchizatının artırılması üzərində çalışmalıdır. Dövlət başçımızın çıxışında bu da qeyd olundu ki, ölkəmiz 20 il ərzində tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşu dövlətlərlə birlikdə onu istismara verdi. İndi Azərbaycan Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftini müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 faizindən də çoxunu təşkil edir. Bu beynəlxalq layihələr, ilk növbədə, Azərbaycanın milli maraqlarına xidmət edir”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya