» Mövqeyimiz dəyişməyib

Mövqeyimiz dəyişməyib

  • 27-03-2024, 16:55
  • ---
  • 0
  • 38
Mövqeyimiz dəyişməyib


Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzalayıb.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallığı NATO da qəbul edib
Vacib məqamlarddan biri də budur ki, NATO daim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini göstərib. Bu dəstək qurumun 9 Zirvə görüşündə öz əksini tapıb. Zirvə görüşlərinin yekun sənədlərində Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə rəsmi dəstək ifadə olunub. Misal üçün, sənədlərdə Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb. 2020-ci ilin oktyabr ayında NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanla keçirdiyi mətbuat konfransı zamanı ona Alyansın bu münaqişə ilə məşğul olmadığını başa salıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallığı NATO da qəbul edib. Məsələn, NATO-nun ötən il Brüsseld keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarılıb. Bu, həm də onu göstərir ki, Alyans münaqişəni başa çatmış sayır.
Azərbaycan 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında (KFOR), 2003-cü il avqustun 15-dən 2008-ci il dekabrın 7-dək İraqın Beynəlxalq Koalisiya Qüvvələri daxilində sülhməramlı missiyada, 2002-ci il noyabrın 15-də Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (ISAF) əməliyyatında iştirak edib.
Martın 17-də ölkəmizdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz bəyanatında bu uğurları qeyd dərək Azərbaycan-NATO münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Ermənistanla davam edən 30 illik münaqişənin Azərbaycanın özü tərəfindən BMT Nizamnaməsinə uyğun olaraq həll edilməsini diqqətə çatdıran cənab Prezident İlham Əliyev qeyd edib ki, “Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim.”
Ölkəmizi etibarlı tərəfdaş olduğunu və Avropanın enerji təhükəsizliyi sahəsində kifayət mqədər rol aldığını qeyd edən ölkə başçısı bildirib ki, Azərbaycandan Avropanın 8 ölkəsinə qaz ixrac olunur və bu dövlətlərdən 6-sı NATO üzvüdür. Bu da onu göstərir ki, bizim NATO ilə əlaqələrimiz təkcə hərbi müstəvidə deyil, həm də iqtisadi sahədə kifayət qədər zəngindir.
Qlobal iqlim dəyişikliklıərinə ölkəmzin münasibətinin nümunəsi kimi COP29 –a ev sahibliyi edəcəyimizi qeeyd edən cənab İlham Əliyev bundan sonra da Azərbaycanın sülhpərvər mövqeyinin davam edəcəyini, bəşəri dəyərlərə üstünlük verəcəyini diqqətə çatdırıb.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya