» “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub -Fotolar

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub -Fotolar

  • 18-03-2024, 16:26
  • ---
  • 0
  • 48
“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub -Fotolar


Martın 18-də Əmək və Sosial Münasibətlər Akademiyasında Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı FHNİHİ tərəfindən hazırlanmış “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə FHNİHİ-nin sədri Mehman İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavinləri, AHİK-ə üzv olan bir qrup sahə həmkarlar ittifaqlarının rəhbərləri, həmçinin Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib.
Giriş sözü ilə çıxış edən AHİK-in sədr müavini Aqil Dadaşov kitabın əhəmiyyətindən söz açıb və oxucuların marağına səbəb olacağını bildirib.
FHNİHİ-nin sədri Mehman İsmayılov isə kitabın hazırlanması zərurətindən danışıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə informasiya məkanında gedən müharibədə böyük əzmlə, dəyanətlə mübarizə apardığın, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdığını vurğulayıb. Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Orduya və xalqa verilən mənəvi rüh yüksəkliyinin arxasında cənab Ali Baş Komandanın çıxışları dururdu: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən Müharibəsi dövründə dünyanın 11 aparıcı ölkəsinin 26 KİV-nə müsahibə verərək Ermənistanın qanunsuz silahlandırılmasını, Ermənistanda və işğal olunmuş ərazilərdə beynəlxalq terrorizm ocaqlarının fəaliyyət göstərdiyini, Azərbaycanın tarixi irsinə aid olan mədəni abidələrin erməni barbarlığı nəticəsində məhv edildiyini, hüquqi baxımdan Azərbaycana məxsus olan işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı, münaqişənin sülh yolu ilə həllinə məsul olan Qərb ölkələrinin ikili yanaşmasını, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ədalətsiz və qeyri-adekvat mövqelərini ifşaedici dəlillərlə sübut edərək informasiya müharibəsində də Azərbaycanın qalib gəlməsini reallaşdırdı”.
Tədbirdə AHİK-in sədri müavini Musa Mirzəyev, Akademiyanın rektoru Hüseyn Qaraşov, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Cahangir Əliyev və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədr müavini Təhmasib Əliyev çıxışlar edərək kitabın ictimaiyyət tərəfindən maraqla qarşılanacağını bildirib və dövlətimizin başçısı cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs ediblər.
Çıxışlardan sonra FHNİHİ tərəfindən hazırlanmış “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı film iştirakçılara nümayiş olunub.
Məlumat üçün qeyd edək ki, FHNİHİ-nin sədri Mehman İsmayılov tərəfindən 44 günlük Vətən Müharibəsi dövründə cənab Ali Baş Komandan İlham Əliyevin dünyanın aparıcı informasiya vasitələrinə verdiyi müsahibələri özündə əks etdirən “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitab üç dildə - azərbaycan, rus, ingilis dillərində hazırlanmış və Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının maliyyə vəsaiti hesabına çap olunub.
Həmçinin bu kitabla yanaşı, müsahibələrin video görüntülü səsləndirmə versiyası, azərbaycan, rus, ingilis dillərində elektron yaddaş daşıyıcısı (flash card), “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı film və virtual aləmdə geniş oxucu kütləsini bu məlumatlarla daha yaxından əlaqələndirmək məqsədilə müsahibələrin azərbaycan, rus, ingilis dillərində video görüntülü səsləndirməsini və mətnləri özündə əks etdirən sayt da (www.informvictory.az, www.informvictory.az/ru/, www.informvictory.az/en/) hazırlanıb.
Kitabda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük Vətən Müharibəsi dövründə ölkəmizin haqq işini dünya ictimaiyyətinə çatdırmaq, erməni qəsbkarlığını və vandalizmini bir daha dəlillərlə ifşa edərək dünyaya göstərmək, xüsusən müharibə dövründə cəbhədəki hərbi əməliyyatlarla paralel olaraq gedən informasiya müharibəsində də qalib gəlmək məqsədilə dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr toplanmışdır.
Kitab siyasətçilər, dövlət məmurları, diplomatik nümayəndəliklərin əməkdaşları, həmçinin Azərbaycanı sevən hər bir vətənpərvərin oxuması üçün nəzərdə tutulub.



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya