» AHİK 4200 ailəyə bayram sovqatı göndərib -Fotolar

AHİK 4200 ailəyə bayram sovqatı göndərib -Fotolar

  • 15-03-2024, 11:34
  • ---
  • 0
  • 35
AHİK 4200 ailəyə bayram sovqatı göndərib -Fotolar


Martın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən (AHİK) qarşıdan gələn Novruz bayramı münasibətilə respublikanın regionlarında yaşayan 4200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla yüklənmiş avtomobil karvanı yola salınıb.

aia.az xəbər verir ki, bundan başqa, ötən gün Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1200 ailəyə də bayram sovqatı verilib.

Sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.

Qeyd edək ki, AHİK və üzv təşkilatları tərəfindən 2020-ci ildən indiyə kimi yardım göstərdiyi ailələrin sayı 120 mini ötüb.

Yola salınma mərasimində iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə bildirib ki, həmkarlar ittifaqları hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, bütün bayramlarda, digər əlamətdar günlərdə onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, o cümlədən sovqatlar, hədiyyələr verir: “Bu, bizdə ənənə halını alıb. Qarşıdan xalqımızın ən qədim el bayramı olan Novruz gəlir. Gəlişi ilə sevinc və şadlıq gətirən Bahar bayramı müstəqil, suveren və xoşbəxt Vətənimizin hər guşəsində xoş ovqatla, böyük təmtəraqla qeyd olunur. Artıq son illərdir əzəmətli Qələbəmizin sevinci Novruza bayramını daha da təravətləndirib. Ulu Öndərin vaxtı ilə böyük uzaqgörənliklə səsləndirdiyi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik” fikirləri bu gün artıq realdır. Düşməndən təmizlənmiş Şərqi Zəngəzurda və Qarabağda bayram tonqalları alovlanır, sakinlər öz yurdlarında, onlar üçün yeni tikilmiş evlərdə bayram keçirirlər. Təbii ki, bu Zəfəri bizə yaşadan şəhidlərimizi unuda bilmərik, onların ailələrinə hər zaman dəstək olmalıyıq. Sovqat göndərdiyimiz ailələr içərisində şəhid ailələri də var. Sözsüz ki, dövlətimiz onlara hərtərəfli dəstək olur, bütün qayğılarını qarşılayır. Həmkarlar ittifaqları olaraq biz də çalışırıq ki, onların bayramını təbrik edək, süfrələrini bəzəyək. Bu, hər birimizin müqəddəs borcudur”.
“Mən bu sahədə Heydər Əliyev Fondunun hər bir ictimai təşkilat və şəxs üçün nümunə olan fəaliyyətini qeyd etmək istərdim. Fondun prezidenti Mehriban xanım Əliyevanın xüsusi himayəsi ilə icra olunan sosial dəstək proqramları cəmiyyətdə böyük razılıqla qarşılanmaqla yanaşı, insanların qayğılarını azaldır, onların rifahını yüksəldir. Heydər Əliyev Fondunun bu nəcib missiyaları, vətəndaşımızın sosial problemlərinin həllinə yardımçı olması hörmətli Mehriban xanıma olan ümummilli inam daha da yüksəldib. Bu gün Fond Qarabağ və Şərqi Zəngəzurun bərpasında yaxından iştirak edərək dövlətimizə bu işdə yaxından dəstək olur və əminik ki, Mehriban xanım Əliyevanın bu şərəfli missiyası da uğurla yekunlaşacaq”, - Səttar Möhbalıyev müsahibədə vurğulayıb.



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya