» Könül Nadirli: İnkişafın yeni dövrü

Könül Nadirli: İnkişafın yeni dövrü

  • 12-03-2024, 11:55
  • ---
  • 0
  • 40


Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbinin direktor müavini Könül Nadirli həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Könül Nadirlinin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Könül Nadirli çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbinin direktor müavini Könül Nadirli ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbinin direktor müavini Könül Nadirli - Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyev irsi və Prezident İlham Əliyev missiyası şərəflə, fədakarlıqla davam etdirilir və nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bütün yüksək nailiyyətlər Lider-Xalq birliyinin nəticəsi olaraq qazanılan daxili gücün hesabına əldə olunub və ölkəmiz demokratiya yolu ilə inamla irəliləyir. Aparılan genişmiqyaslı islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir. İqtisadi, sosial, siyasi və digər sahələrdə aparılan islahatlar Azərbaycanın dinamik inkişafını təmin edir. Eyni zamanda 2020-ci ildə yeni tərkibdə formalaşmış parlament də qanunvericilik sahəsində islahatların aparılmasına böyük töhfələr verməkdədir.
Prezident İlham Əliyevin 2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş və konseptual xarakterli çıxış edərək, ölkədə parlament seçkilərinin demokratik, şəffaf və müasir standartlara uyğun keçirildiyini, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini, formalaşan  Milli Məclisin çoxpartiyalı məclis olduğunu bildirməsi, parlamentin gələcək fəaliyyəti ilə bağlı çox mühüm mesajlar verərək söylədiyi fikirlər, eyni zamanda Milli Məclisdə islahatlar, parlamentdə baş verən dəyişiklərlə bağlı apardığı təhlillər  Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqla yanaşı öz müsbət nəticələrini verməkdədir. Dövlət başçısının parlamentdə çıxışı zamanı qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması xüsusilə təqdirəlayiqdir. Ölkə Prezidentinin yeni məqama toxunaraq millət vəkillərinin qəbul olunan qanunların yerlərdə icrasına nəzarət funksiyası yerinə yetirməli olduqlarını da söyləməsi parlament üçün yeni vəzifə, yeni səlahiyyət oldu və bu da qanunvericiliyin icrasına və vətəndaş məmnunluğuna hədəflənmişdir. Ümumilikdə götürəndə yeni tərkibli Milli Məclis islahatçı, yenilikçi parlament kimi fəaliyyət göstərir.  Azərbaycan Parlamenti konkret sahələrin inkişafına xidmət edən müasir qanunvericilik təşəbbüsü ilə çıxış edir.
 
Həqiqətən də bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində Azərbaycanda çoxpartiyalı parlament formalaşmışdır və bu, demokratiyanın inkişafında önəmli addımdır. Təbiidir ki, Parlamentdə yerlərin əksəriyyətini qazanan Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq parlamentin sədri qadın seçilmişdir. İlk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşmışdır. Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar.
Bu bir həqiqətdir ki, ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır.
Bəli, Azərbaycan heç kimdən asılılığı olmayan, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirən, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkədir və  Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə alternativ yoxdur.  Azərbaycan bu gün inkişafın yeni dövrünü yaşayır. Hər dövrün özünəməxsus tələbləri var. 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsi də yeni dövrün mühüm tələblərindən biri oldu. 2018-ci ilin prezident, 2020-ci ilin növbədənkənar parlament seçkiləri ölkəmizin qarşısında yeni imkanlar açan islahatları zərurətə çevirdi ki, bu gün onların fonunda əldə edilən uğurlar Azərbaycanın reallıqlarında aydın ifadəsini tapır.
Bu gün böyük qürur hisssi ilə qeyd edirik ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda, Şuşada, Xocalıda, Xankəndində dalğalanır. Qədirbilən xalqımız Heydər Əliyev irsinin və Prezident İlham Əliyev missiyasının şərəflə davam etdirilməsinin xöş təəssüratları və uğurlu nəticələri ilə yaşayır. 
Hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız əmindir ki, yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərən Milli Məclis işini dövlətçiliyimizin, müstəqilliyimizin qorunması istiqamətində qurur və  bundan sonra da, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurmaqda davam edəcək. 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya