» » Bir yumruq kimi səfərbər olmuş Xalqım

Bir yumruq kimi səfərbər olmuş Xalqım



Sumqayıt maşın bazarının müdiri Zaur Tarverdiyev həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Zaur Tarverdiyevin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Zaur Tarverdiyev çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Zaur Tarverdiyev ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Sumqayıt maşın bazarının müdiri Zaur Tarverdiyev - Birinci Vətən müharibəsindəki məğlubiyyət illər boyu xalqımızın qəlbində bir dağ olmuşdur. Ata-baba torpaqlarından qovulmuş yurddaşlarımız illərlə yurd həsrətilə alışıb yanmışlar.
Antimilli ünsürlərin hakimiyyəti zəbt etməsi, hakimiyyət uğrunda gedən mübarizələr torpaqlarımızın faktiki olaraq təslim edilməsinə gətirib çıxarmışdır. Xalqımızın faciələrlə dolu ağır günlərində onları düşündürən yalnız öz mövqeləri olmuşdur. Hakimiyyətdə olduqları müddətdə ölkəni bərbad vəziyyətdə qoymuş, qardaş qırğınına,vətəndaş müharıbəsinə səbəb olmuşlar.İgid oğullarımız Vətən uğrunda canlarından keçir,torpaqlarımız əldən gedir,onlar isə hakimiyyəti möhkəmləndirmək üçün hər cür xəyanətə əl atırdılar.Az bir müddətdə hakimiyyətdə olsalar da, xalqa, Vətənə vurduqları zərbə sarsıdıcı oldu.
Bir yumruq kimi səfərbər olmuş Xalqım

30 ilə yaxın Azərbaycan özünü doğrultmağa, ayağa dürmağa çalışdı. Haqqını tələb etdi, ədalət aradı,səbrlə, qanunla rəftar etməyə çalışdı. Dayanmadı, əyilmədi, yolundan dönmədi. Lakin düşmən zəif olsa da, havadarları çox idi, haqqı, ədaləti boğmağa çalışırdılar. Elə bildilər ki,Azərbaycan xalqını əydilər.Ancaq bu, mümkün olmadı. Bütün dünya xalq birliyinin şahidi oldu. 30 ilə yaxın deyilən sözləri eşitməyən dünya ictimaiyyəti 44 günə xalq-iqtidar birliyinin nələr edə biləcəyinin şahidi oldu.
Qarabağ müharibəsi başlayanda hələ dünyaya göz açmamış oğullar Qarabağ torpaqlarını mənfur düşməndən təmizlədilər. I Qarabağ müharıbəsində xəyanətə uğramış igidlərimizin övladları II Qarabağ müharibəsinin qəhrəmanları oldular.Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar,qazi oldular,tarixi ədaləti bərpa etdilər.Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandan birliyi dəmir yumruq kimi birləşdi.
Vətən müharibəsi göstərdi ki, əsgər və zabitlərimiz torpaqlarımızı qorumağa , düşmənə layiqli cavab verməyə qadir və hazırdırlar. Hal-hazırda azad olunmuş torpaqlarımızda gedən quruculuq işləri bütün dünyaya bir daha sübut etdi ki, Qarabağ Azərbaycan torpağıdır və torpağın əsl sahibi öz yurduna qayıdıb.
Bu gün Qarabağ günü –gündən çiçəklənir,həyatın hər sahəsində burada inkişaf gedir.”El bir olsa, zərbi kərən sındırar” deyib atalar. Azərbayca xalqı da el birliyi ilə Qarabağa həyatı qaytarır.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya