Bakıda döyüş idman növləri üzrə beynəlxalq Reytinq yarışının 3-cü seriyası keçirilib -Fotolar
aia.az xəbər verir ki, “Eagle Fight Series” Beynəxalq Peşəkar Döyüş Təşkilatının və Peşəkar Kunq-fu Liqasının birgə layihəsi olan Reytinq Döyüşləri yarışının 3-cü seriyası başa çatıb. 65 kq çəki dərəcəsində bir yarımfinal döyüşü, 55 kq çəki dərəcəsində isə yarımfinal və final döyüşləri keçirilib. 65 kq çəki dərəcəsində “Ali Fight Club”un yetirməsi Məhəmməd Abbaszadə “Şəhid Musa” İdman Klubunun təmsilçisi Murad Eminova qalib gələrək final mərhələsinə yüksəlib. 55 kq çəki dərəcəsində “Zəfər Fight Club”un yetirməsi Rəşad Xaliqov və “Alp Turan” İdman Klubunun təmsilçiləri Abbasqulu Hüeynov 3-cü yerlə kifayətlənməli olublar. “CFC” İdman Klubunun təmsilçisi Səməd Quliyev yalnız finalda məğlub olaraq 2-ci yerə sahib olub. “Şəhid Musa” İdman Klubunun yetirməsi isə, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Həmçinin turnirin nəticələrinə əsasən WK-1 döyüşlərinin qalibləri müəyyən edilmişlər:
39 kq çəki dərəcəsində Tural Orucəliyev (“Alis” PİK);
42 kq çəki dərəcəsində Bayram Qəhrəmanlı (“Alis” PİK);
50 kq çəki dərəcəsində Ayxan Məmmədov (“Qaraçöp” PİK).
Qeyd edək ki, yarışda H.H.88 Boks Klubunun rəhbəri Habil Hümbətov, Azərbaycan Kunq0fu Federasiyasının baş məşqçisi, dəfələrlə dünya və Avropa çempionu, Əməkdar məşqçi Ramil Allahverdiyev, AFSO Döyüş Liqasının Azərbaycan nümayəndəliyinin rəhbəri Asim İsmayılov və bir neçə tanınmış idmançılarımız fəxri qonaq qismində iştirak ediblər.
Yarışın media dəstəkçiləri “RoshLife” youtube kanalının rəhbəri Rövşən Əhmədova, “Azərbaycan Gəncliyi” qəzetinə və web səhifəsinə, aia.az (Azərbaycan İnformasiya Agentliyi) saytına, təşkilati dəstəyə görə isə, hər zaman idmançıların yanında olan “Nice Group” şirkətinə və “Full” enerji içkilərinə təşəkkürlərimizi bildiririk.
Yarışın təşkilatçıları “Eagle Fight Series” Beynəxalq Peşəkar Döyüş Təşkilatının rəhbəri Yaqub İbrahimov və Peşəkar Kunq-fu Liqasının rəhbəri Aqil Mustafayev bildiriblər ki, birgə layihənin npvbəti seriyası 17.03.2024-cü il tarixində keçiriləcək. Həmin turnirin gedişində digər çəki dərəcələrində qaliblər müəyyənləşdiriləcəklər. Layihədə qalib gələn idmançılar isə, öz güclərini artıq beynəlxalq arenalarda sınayacaqlar. Nəzərdə tutulan ilk beynəlxalq turnir daha iki seriya yarışından sonra, qardaş Türkiyə idmançıları ilə keçiriləcək görüş olacaq.
Bütün idmançılarımıza uğurlar diləyirik! Qoy güclü qalib gəlsin!