» Turnir başa çatdı -Fotolar

Turnir başa çatdı -Fotolar

  • 4-03-2024, 18:47
  • ---
  • 0
  • 33
Turnir başa çatdı -Fotolar


aia.az xəbər verir ki, “Eagle Fight Series” Beynəlxalq Döyüş Liqasının Azərbaycanda növbəti Reytinq Turniri başa çatıb.Turnir Kung-Fu Sanda İdman növü üzrə təşkil olunmuşdur. Eagle Fight Series Beynəlxalq Döyüş təşkilatı və Azərbaycan Peşəkar Kung Fu Liqası arasında müqavilə baglanib. Müqaviləyə əsasən il ərzində hər çəki dərəcəsində həm respublikadaxili, həm də beynəlxalq səviyyədə yarışlar keçiriləcək. EFS və PKL In birgellayihələrindən olan növbəti reytinq döyüşləri 03.03.2024-cu il tarixində Baki şəhərində baş tutub.

Bu mötəbər yarışda 60 kq və 70 kq çəki dərəcələrində Kung-Fu Sanda İdman növü üzrə və 65 kq çəki dərəcəsində WK-1 İdman növü üzrə döyüşlər baş tutub. Hər çəki dərəcəsinde 4 İdmançı mübarizə aparıb
60 kq Kung-Fu Sanda:
3-cü yer- Xachmaz “Əhməd” İdman Klubunun Yetirməsi Intiqam Babayev,
2- ci yer –“Ali Fight” Klubunun yetirməsi Elgün Musayev,
1-ci yer- yarışın qalibi, 60 kq çəki dərəcəsinin növbəti döyüşunə vəsiqe əldə edən idmançı “CFC Fight” klubunun yetirməsi, Sahil Əsgərov.
70 kq. Kung-Fu Sanda:
3-cu yer Quba “Nicat” İdman Klubunun yetirməsi Çobanov Üzeyir,
3-cu yer – “Alis” İdman Klubunun yetirməsi Necefli Xeyal
2-ci yer “Ali Fight” klubunun yetirməsi Abbaszadə Məhəmməd
1-ci yerin qalibi 70 kq çəki dərəcəsində Liqanin növbəti yarışında iştirak etmək hüququ qazanan “Şabanov” Fight Klubunun yetirməsi Rəcəbov Sənan olmuşdur.
WK-1 İdman növü üzrə 65 kq çəki dərəcəsində keçirilən reytinq yarışlarında isə Xachmaz “Əhməd” İdman Klubunun Yetirməsi Zahirov Elsevər 2-ci yerlə kifayətlənmişdir. Yarışın qalibi ise “Golden Eagle” Peşəkar Döyüş Klubunun yetirməsi İbrahimov Mədəd olmuşdur. Bununla da Mədəd İbrahimov peşəkar arenada, 3-cu peşəkar qələbəsini qazanmış olub.
EFS və PKL - In birgə təşkilatççılığı ilə, növbəti reytinq yarışları 10.03.2024-cu ildə təşkil olunacaq. Yarışlarda digər çəki dərəcələrində idmançılar oz güclərini sinayacaqlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana qayğısına dair sərəncamlarına uyğun olaraq, xüsusən gənc nəslin sağlam böyüməsi üçün hər cür dəstəyin göstərilməsi həm dövlət təşkilatları tərəfindən, həm də idman Federasiyaları tərəfindən göstərilir. Yarışın təşkilatçıları PKL rəhbəri Aqil Mustafayev və EFS rəhbəri Yaqub Ibrahimov yarışın təşkilində öz dəstəyini əsirgəməyən Azerbaycan Kung-Fu Federasiyasinin Prezidenti Nurlan Aslanova və butun Federasiya rəhbərliyinə, AFSO Azərbaycan Numayəndəliyinin rəhbəri Asim Ismayılova, “HH 888” Boks Klubunun rəhbəri Habil Hümbətova təşəkkürlərini bildirmişlər.

Yarışıın baş tutmasında dəstəyini əsirgəməyən “Berg” enerji içkiləri, “Academy Qalib” hazırlıq kurslarına, “Qartal Media” Reklam Şirkətinə və “Nice Qrup”un rəhbəri Nicat Paşayevə və komandasına minnətdarlıq hisslərini çatdıran yarış təşkilatçıları belə xeyirxah işdə dəstək olan hər kəsə təşəkkür etmişlər.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya