» Eltun Süleymanov: “Cənab Prezident Azərbaycanın sülh prosesində mövqeyini ifadə etmişdir”

Eltun Süleymanov: “Cənab Prezident Azərbaycanın sülh prosesində mövqeyini ifadə etmişdir”

  • 3-02-2024, 19:13
  • ---
  • 0
  • 58
Eltun Süleymanov: “Cənab Prezident Azərbaycanın sülh prosesində mövqeyini ifadə etmişdir”


“Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Halbuki bu işə birbaşa məsuliyyət daşıyan Minsk qrupu 28 il ərzində heç bir təşəbbüsün müəllifi belə olmamışdır. Bu da onu göstərir ki, bəzi beynəlxalq siyasi dairələr əslində münaqişənin illərlə davam etməsində maraqlı olub.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, son dövrlərdə konkret olaraq Fransanın Ermənistanı sürətlə silahlandırması, Avropa Şurasının tutduğu mövqe bunu bir daha sübut edir ki, bəzi siyasi mərkəzlər sülh prosesinə birbaşa maneçilik törədirlər. Halbuki, həmin mərkəzlərin birbaşa vəzifəsi sülh prosesinə dəstək verməkdir.
Ölkəmizin başçısı da bu mövqedən çıxış edərək göstərmişdir ki, 44 günlük müharibədə öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan antiterror tədbirlərinə də məcburən əl atmalı olmuşdur. Çünki məğlubiyyətə baxmayaraq Ermənistan bölgədə yenidən prosesləri qızışdırmaq yolunu tutmuşdu, separatçılar isə öz əməllərini “prezident seçkiləri” keçirmək səviyyəsinə qədər davam etdirirdilər.
Dövlət başçısı bildirib ki, Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Lakin bir sıra amillər, xüsusən Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları, digər normastiv-hüquqi sənədlərin tələbləri, o cümlədən, Fransanın bölgədə sülhə mane olmaq cəhdləri sülh sazişinin imzalanmasına ciddi əngəl olaraq qalır”

Eltun Süleymanov qeyd edib ki, “cənab Prezident İlham Əliyev Avropa Şurası PA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsi isə beynəlxalq riyakarlıqdır. Azlıq bir qrupun qəbul etdiyi belə bir qərar hər halda qərəzin və ikili standartların təzahürdür. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.”
Məsələ kifayət qədər aydındır. Hamı çox yaxşı bilir ki, yalnız Azərbaycana qarşı bu ərazi iddialarına son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi aktlarda dəyişikliklər edildiyi halda iki dövlət arasında sülhə nail oluna bilər. Ölkəmizin başçısı da bu həqiqətləri bir daha diqqətə çatdırmaqla Azərbaycanın sülh prosesində mövqeyini ifadə etmişdir.”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya