» Kamaləddin Qafarov: “2024-cü ildə Azərbaycanın möhtəşəm uğurları davam edəcək”

Kamaləddin Qafarov: “2024-cü ildə Azərbaycanın möhtəşəm uğurları davam edəcək”

  • 5-01-2024, 12:30
  • ---
  • 0
  • 54
Kamaləddin Qafarov: “2024-cü ildə Azərbaycanın möhtəşəm uğurları davam edəcək”


“Ölkəmizdə “Heydər Əliyev İli” elan olunmuş 2023-cü il Azərbaycanın ictimai-siyasi həyatında bir çox önəmli hadisələrlə zəngin olmuşdur. Dekabrın 31-də Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xalqa müraciət edən Ölkə Prezidenti İlham Əliyev il ərzində əldə olunmuş ən mühüm uğur və qələbələrin mahiyyəti barədə önəmli açıqlamalar verərək, bu hadisələrin arasında dövlət suverenliyimizin bərpasını xüsusi qeyd etmiş və bu parlaq Zəfərin Azərbaycan xalqının yaddaşında əbədi qalacağını vurğulamışdır”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Ermənistan 2020-ci ildə qarşılaşdığı Vətən müharibəsindəki acı məğlubiyyətindən düzgün nəticələr çıxara bilmədi. “Ehtimal etmək olar ki, düzgün qərarlar qəbul etməsinə, Azərbaycanla sülh sazişini imzalamasına bir tərəfdən daxildə olan revanşist ruhlu qüvvələr, digər tərəfdən də bəzi xarici dairələr imkan vermədilər. İstənilən halda, son üç ildə Ermənistan, demək olar, bütün vacib məsələlərdə destruktiv mövqe tutdu, Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirdi. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini kobud şəkildə pozaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmadı. Məhz bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi bir gün ərzində qəhrəman hərbçilərimiz qarşıya qoyulmuş bütün vəzifələri uğurla yerinə yetirdilər. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin olundu.”

Deputat Həmrəylik Gününün tarixi və mahiyyəti ilə bağlı deyib: “1991-ci il dekabrın 16-da, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi və artıq 33 ildir ki, bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində xaricdə yaşayan soydaşlarımız öz birliklərini və Azərbaycanla həmrəyliklərini düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları ilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri ilə nümayiş etdirdilər. Müharibə zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz Ali Baş Komandanının yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz cənab Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı.”

K.Qafarov ölkəmizin 2024-cü ildə daha güclü və daha nüfuzlu bir dövlətə çevirəcəyini qeyd edib: “Bu gün Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilmişdir. Azərbaycan şəhərlərini, kəndlərini yenidən qurur və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Cənab Prezident İlham Əliyev öz müraciətində xüsusi olaraq qeyd etdi ki, 2024-cü ildə daha bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Dekabr ayında bütün dünya ölkələrinin qəbul etdikləri yekdil qərara əsasən, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək. COP 29 beynəlxalq konfransının Bakıda keçirilməsinə dair qərar qəbul etməklə dünya ölkələri Azərbaycana növbəti dəfə böyük etimad və hörmət göstərmişlər. Möhtərəm dövlət başçımızın dediyi kimi, ölkəmizin imzaladığı kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə ölkəmizin uğurlarını əyani şəkildə sübut edir” .
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya