» Eltun Süleymanov: “Azərbaycanla heç kim hədə-qorxu dilində danışa bilməz”

Eltun Süleymanov: “Azərbaycanla heç kim hədə-qorxu dilində danışa bilməz”

  • 1-11-2023, 12:10
  • ---
  • 0
  • 67
Eltun Süleymanov: “Azərbaycanla heç kim hədə-qorxu dilində danışa bilməz”


“Fransa nazirlərinin, deputatların, xristian təəssübkeşlərinin, müxtəlif rəngli və çaplı lobbistlərinin Ermənistana turizm səfəri başa çatmamış Kanadanın xarici işlər naziri də haqqında heç bir məlumatı olmadığı bölgəyə səfər edib. Bütün turistlər kimi o da Azərbaycan sərhədinin Ermənistan üzündən ölkəmizə binoklla baxıb və kəşf edib ki, sən demə sərhədin bu tayında “insan haqları”, “demokratiya” bərbad hala düşüb.
Məsələ burasındadır ki, Azərbaycana qarşı apardığı işğalıçılıq, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində Ermənistanın üzləşdiyi çıxılmaz vəziyyətin fonunda Qərb populistlərinin özünü reklam kampaniyaları genişlənməkdədir. Bu kampaniyaların Qərb tərəfindən davamlı olaraq manipulyasiya edilən “insan haqları” və “demokratiya” ilə hər hansı mümkün əlaqəsi isə cavabı olmayan tapmacadır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki,
“Ermənistanın işğalçı dövlət olduğunu hər hansı sözlə ifadə etmək və yaxud da ki, buna kimisə inandırmaq lazımsızdır. Çünki Ermənistanın etdiyi vandallıqlar göz önündədir. Bunu görmək üçün Qarabağa getmək, internetdə kiçik bir axtarış etmək, Xocalı soyqırımına aid faktlara nəzər salmaq kifayət edir. Ancaq hər şeydən bixəbər olan və müstəqil siyasət yürütməyən Kanada görünür, yenə də kimlərinsə sözünü deyir. 30 il ərzində Kanada bir dəfə də olsun Ermənistanı Azərbaycanın ərazilərinin işğalına son qoymağa çağırmayıb. Bu faktdır və Colinin Azərbaycanı sanksiyalarla hədələməsi də qəribə olduğu qədər də gülüncdür.
Kanada yarandığı gündən ABŞ-ın marionetidir və xarici siyasi fəaliyyəti yalnız “Ağ ev”dən gələn təlimatları icra etməkdir. İndi də görünür ya “Ağ ev”dəki bəzi şəxslərin ya da, hansısa dairələrin fikrini ifadə edir. Bu gün Paşinyan haça-paça vəziyyətində gah müstəqil siyasət yürütməyə çalışır, gah da Fransaya sığınan addımlar atır. Fransanı özünə arxa seçib, addımlar atır. Kanadanın xarici işlər naziri bildirib ki, ölkəsi Aİ-nin Ermənistandakı missiyasına qoşacaq və beləliklə Kanada Aİ missiyasında olan yeganə qeyri-Avropa ölkəsi olacaq. Amma hamıya gün kimi aydındır ki, bu qərar da Vaşinqtonda qəbul olunub. ABŞ öz “vassalını” Aİ-nin missiyasına qoşaraq onun vasitəsi ilə məlumatlar toplamağı düşünür.”

Eltun Süleymanov bildirib ki, “Kanada xarici işlər naziri Coli əssassız ittihamlar səsləndirməkdən və Azərbaycanı hədələməkdənsə son 3 ildə baş verənləri bir daha nəzərdən keçirməlidir. Əgər o, baş verən hadisələrə nəzər salsa, ona aydın olar ki, Azərbaycanla heç kim hədə-qorxu dilində danışa bilməz. Belə çıxır ki, bu nazir diplomatik etiketdən xəbəri olmayan bir turistdir. Səyahət etdiyi ölkədə üçüncü bir dövləti hədələmək heç bir normal diplomata yaraşmayan hərəkətdən başqa bir şey deyildir. Azərbaycan xalqı və dövləti heç də Coli və onun kimi düşünənlərin hədəsinə boyun əyəsi vəziyyətdə deyildir və erməni səsindən ötrü özünü yırtanların çabaları da hədər gedəcəkdir. Sadəcə Paşinyanı hakimiyyətdə saxlamaq üçün Azərbaycana hədə gəlmək isə gülüncdür.”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya