» Aqiyə Naxçıvanlı: “Azərbaycan özünün nəhəng bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində inamla irəliləyir”

Aqiyə Naxçıvanlı: “Azərbaycan özünün nəhəng bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində inamla irəliləyir”

  • 27-10-2023, 11:47
  • ---
  • 0
  • 83
Aqiyə Naxçıvanlı: “Azərbaycan özünün nəhəng bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində inamla irəliləyir”


“Düz bir il bundan əvvəl, 25 oktyabr 2022-ci il tarixində Ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında” Sərəncam imzaladı. Bu sənəddə ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi kimi məsələlərin həlli qarşıya mühüm vəzifə kimi qoyulub. Aydındır ki, bu məsələlərin həlli üçün ölkəmizdə bərpaolunan enerji istehsalı istiqamətində atılan addımlar da xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda məhz bu istiqamətdə irimiqyaslı beynəlxalq layihələr gerçəkləşdirilir. Respublikamızın bərpaolunan enerji istehsalı sahəsində böyük potensialının olması da bir çox təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Məlumdur ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt-dır. Rəsmi məlumatlarda hökumətin 2030-cu ilə qədər ümumi enerji qoyuluşunda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmağı planlaşdırdığı qeyd olunub. Bu baxımdan əlbəttə ki, 26 oktyabr 2023-cü il tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi çox əhəmiyyətli bir hadisədir. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat vurğulayıb ki, Azərbaycanın “yaşıl enerji” sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığının dövlətimizin birbaşa dəstəyi ilə həyata keçirilməsi yüksək göstəricilərin əldə olunmasını təmin edən əsas amildir: “Qaradağ GES-in açılış mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığını yüksək qiymətləndirmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə səmərəli əməkdaşlığın nəticəsi kimi reallaşdırılmış bu layihə iki qardaş ölkənin birgə gedəcəkləri böyük bir yolun başlanğıcıdır. Tədbirin iştirakçıları arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirinin olması isə, Azərbaycana göstərilən ehtiramın təzahürüdür. Azərbaycan dövlətinin və şəxsən cənab Prezident İlham Əliyevin bu layihənin icraısına dəstəyi, hökumətin göstərdiyi yardım və dəstək sayəsində çox qısa vaxt ərzində böyük nailiyyətlər əldə olunub. Əlbəttə ki, dünyanın aparıcı şirkətlərinin, o cümlədən bərpaolunan enerji sahəsində dünya liderlərindən olan “Masdar”ın Azərbaycana sərmayə qoyması bir daha onu göstərir ki, ölkəmizdə xarici investisiya qoyuluşu üçün çox cəlbedici imkanlar yaradılıb. Azərbaycanda çox gözəl investisiya mühiti mövcuddur və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini vaxtında və məsuliyyətlə yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması dövlətimizin əsas prioritetlərimizdən biridir.”

Fikirlərini davam etdirən A.Naxçıvanlı həmçinin qeyd edib ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın artıq yaşıl enerji zonası kimi elan olunması Azərbaycan dövlətinin bu sahədə öz nəhəng potensialını reallaşdırmaq istiqamətində atdığı mühüm addımlar kimi qiymətləndirilməlidir: “Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları alternativ və bərpaolunan enerji mənbələri ilə çox zəngindirlər. Məhz buna görə Prezident İlham Əliyevin düşməndən təmizlənən yaşayış sahələri ilə bağlı müəyyənləşdirdiyi iqtisadi inkişaf kursunda həmin iqtisadi ərazilər “yaşıl enerji” zonasına çevriləcək əsas istiqamətlərdən biri hesab olunur. Hazırda ölkəmizin işğaldan azad olunmuş ərazilərində 4 min MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialının mövcud olması əsasında bu bölgələrdə aparılan quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Dövlət başçımızın qeyd etdiyi kimi, bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Həmçinin cənab Prezident İlham Əliyev dövlətin bərpaolunan enerji gündəliyinin təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmadığını diqqət mərkəzinə çəkdi və bildirdi ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı da fəal şəkildə inkişaf etdirilir. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra isə hidroelektrik stansiyalarının gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Bütün bu atılan addımlar eyni zamanda həm ölkəmizin enerji təminatının daha da gücləndirilməsinə, həm də Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində oynadığı rolun önəminin bir qədər də artmasına xidmət edəcək” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya