» » "Bu məsələyə ehtiyatla yanaşılır, qısa zamanda qərar veriləcək "

"Bu məsələyə ehtiyatla yanaşılır, qısa zamanda qərar veriləcək "

  • 17-06-2022, 11:21
  • Sosial
  • 0
  • 202
"Bu məsələyə ehtiyatla yanaşılır, qısa zamanda qərar veriləcək "


Dünya ölkələrində olduğu kimi Azərbaycanda da yaxın vaxtlarda quru sərhədlərinin  açılması məsləsinə baxılacaq.

Bunu açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, artıq dünya ölkələri pandemiya ilə bağlı bütün məhdudiyyətləri götürmək üzərədir və artıq bir çoxu bu məhdudiyyətləri aradan qaldırıb.

“Azərbaycanda da pandemiya ilə bağlı məhdudiyyətlərin böyük əksəriyyəti aradan qaldırılıb. İndi hamının gözlədiyi məsələ isə quru sərhədlərinin açılmasıdır. Əminəm ki, bu məsələyə ən yaxın vaxtlarda baxılıb müvafiq qərar qəbul ediləcək”, - deputat qeyd edib.

Quru sərhədlərinin açılmaması və hələ də bəzi məhdudiyyətlərin qalmasına gəldikdə isə deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın bitmədiyini elan etmədiyi üçün bir çox ölkələr kimi, Azərbaycan da bu məsələyə ehtiyatla yanaşır: “Azərbaycan da dünyanın bir parçası olduğundan ÜST-ün tələblərinə uyğun şəkildə hərəkət edir. Hesab edirəm ki, quru sərhədlərinin açılması ilə bağlı müəyyən araşdırmalar aparılmalıdır. Əminəm ki, bu məsələ də tezliklə öz müsbət həllini tapacaq və quru sərhədləri açılacaq”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya