» » Azərbaycana qarşı təxribatın planı: Niyə məhz London?

Azərbaycana qarşı təxribatın planı: Niyə məhz London?

Azərbaycana qarşı təxribatın planı: Niyə məhz London?


4 avqust 2022-ci il tarixində Londonda Azərbaycan səfirliyinə hücum və bayrağımıza qarşı vandalizm hərəkəti Azərbaycana düşmən qüvvələr tərəfindən hazırlanaraq məqsədli şəkildə həyata keçirilən genişmiqyaslı təxribatın tərkib hissəsidir.

Təxribat bir ölkə və ya təşkilat tərəfindən deyil, Azərbaycana asi kəsilən güclər, ölkələr tərəfindən hazırlanaraq həyata keçirilib. Bu hər hansı təşkilatın təkbaşına keçirdiyi provokasiya deyil.

Təxribatın törədildiyi ünvanının seçilməsi də heç də təsadüfi deyil. Niyə məhz London? 

Provokasiyanın hədəf və məqsədi:

Birincisi, Azərbaycanın 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın, bölgədə real güc faktoruna çevrilməsinin qarşısını almaq və Avrasiya coğrafiyasının, xüsusən də Mərkəzi Avrasiyanın şəkillənməsində aktiv rol oynamasının, irəli sürdüyü təşəbbüslərin önündə maneə olmaq;

İkincisi, Azərbaycanın xarici siyasətdə və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində əldə etdiyi uğurları, bölgədə dayanıqlı sülhün, sabitliyin və inkişafın təmin olunması istiqamətindəki fəaliyyətinə əngəl törətmək;

Üçüncüsü, Azərbaycanın təkcə özünün deyil, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin, sıx əməkdaşlığın formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasətin, təşəbbüslərin qarşısını almaq;

Dördüncüsü, Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı qaz sazişində qıcıqlanan ölkələr və güclər tərəfindən Bakıya təzyiqi;

Beşincisi, bütün bu və digər uğurlar nəticəsində Azərbaycan cəmiyyətində yaranan həmrəyliyi, birliyi pozmaq, əldə etdiyi uğurlara kölgə salıb, istənilən vasitələrdən istifadə edib daxildə ictimai-siyasi sabitliyi pozub qarşıdurma yaratmaq;

Ünvanın Londona seçilməsinə gəldikdə isə…

Bu gün Böyük Britaniya ilə Azərbaycan arasındakı sıx strateji əməkdaşlıq münasibətlərinin olması, xüsusən də enerji sahəsində, o cümlədən 44 günlük İkinci Qarabağ savaşında və müasir geosiyasi proseslərdə aktiv rol oynamasında Londonun Bakını dəstəkləməsi heç kimə sirr deyil. Hətta ermənilər  iddia edir ki, 44 günlük müharibənin gedişində BMT Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan əleyhinə  qərar qəbul edilməsinə qarşı çıxan ölkə məhz Böyük Britaniya olub. Digər tərəfdən Böyük Britaniya Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaya görə lider ölkə siyahısındadır. Krallıq Azərbaycan iqtisadiyyatına 100 mlrd dollardan artıq sərmayə yatırıb ki, bu da ölkəmizin iqtisadi qüdrətinin artmasında, suverenliyinin möhkəmlənib, təhlükəsizliyinin təmin olunmasında xüsusi rolu olub. Bu baxımdan da Azərbaycana qarşı məkrli planı hazırlayan qüvvələr təxribatı Londonda törətməklə Azərbaycan-Böyük Britaniya münasibətlərini pozmağı  və münasibətlərdə soyuqluq yaratmağı qarşılarına hədəf qoyublar. Ən azından Azərbaycan cəmiyyətində… 

Odur ki baş verən proseslər Azərbaycan cəmiyyətini diqqətli və təmkinli olub, təxribatların təsiri altında  cəmiyyətdə həmrəyliyin, birliyin pozulmasına yönəlik hərəkətlərdən qaçmağı zəruri edir. Geosiyasi və geoiqtisadi proseslərin aktivlik fazası Cənubi Qafqaz bölgəsinə daxil olduqca Azərbaycanda istər xaricdəki anti-milli güclər, ölkələr tərəfindən, istərsə onların daxildəki uzantıları olan “5-ci kolon” tərəfindən təxribatların törədilməsi cəhdlər olacaq. 
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    1 saylı “ASAN xidmət” mərkəzinin işçiləri xüsusi ilə də Liliya Əliyeva öz işinin peşəkarlarıdır
    1 saylı “ASAN xidmət” mərkəzinin işçiləri xüsusi ilə də Liliya Əliyeva öz işinin peşəkarlarıdır
    1 saylı “ASAN xidmət” mərkəzinin işçiləri xüsusi ilə də Liliya Əliyeva öz işinin peşəkarlarıdır Ətraflı
    QHT rəhbəri daha bir ilkə imza ataraq dəstək proqramı layihəsini həyata keçirib
    QHT rəhbəri daha bir ilkə imza ataraq dəstək proqramı layihəsini həyata keçirib
    QHT rəhbəri daha bir ilkə imza ataraq dəstək proqramı layihəsini həyata keçirib Ətraflı
    Bütün xəbərlər
    «    Avqust 2022    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Qalereya