» » Avropada meymunçiçəyinə yoluxanların sayı artıb - ÜST

Avropada meymunçiçəyinə yoluxanların sayı artıb - ÜST

Avropada meymunçiçəyinə yoluxanların sayı artıb - ÜST


“Avropa regionunda meymunçiçəyi xəstəliyinə yoluxanların sayı son iki həftə ərzində üç dəfə artaraq 4,5 mini nəfəri keçib, infeksiyanın yayılması qarşı mübarizə üçün təcili tədbirlər görülməlidir”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe bildirib.

Onun sözlərinə görə, bütün dünyada yoluxanların demək olar ki, 90%-i Avropanın payına düşür. O əlavə edib ki, yoluxma hallarının əksəriyyəti 21-40 yaş arası insanlar arasında qeydə alınıb, onların 99%-i kişilərdir.

Hans Klüqe vurğulayıb ki, xəstələrin təxminən 10%-i ya müalicə, ya da təcrid üçün xəstəxanaya yerləşdirilib, bir xəstə isə reanimasiya şöbəsinə yerləşdirilib: “Bu günə qədər ÜST ölümlərlə bağlı məlumat almayıb”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya