» » Bakıda “Vasmoyun bazarı”nda "həyəcan" siqnalı verilib - VİDEO

Bakıda “Vasmoyun bazarı”nda "həyəcan" siqnalı verilib - VİDEO

Bakıda “Vasmoyun bazarı”nda "həyəcan" siqnalı verilib - VİDEO


Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Dadaşov küçəsi 57, Təbriz küçəsi 21, Əliyar Əliyev küçəsi 6, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 45 və 29/99 ünvanlarında və Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”nda yanğın təhlükəsizliyinə dair “Şərti yanğın” təlimləri keçirilib.

Bu barədə “FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildiirlib ki, paytaxtın Nərimanov, Xətai və Nizami rayon Yanğından Mühafizə hissələrinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimlərin keçirilməsində əsas məqsəd yaşayış binaları və insanların sıx toplaşdığı yerlərdə baş verə bilən yanğınların söndürülməsi üzrə şəxsi heyətin bilik və bacarığının daha da artırılması, habelə vətəndaşlara yanğın zamanı təhlükəsiz davranış qaydalarının aşılanması olub.
Təlimlərdə “Şərti yanğın” zamanı “Həyəcan” siqnalı verildikdən sonra yanğınsöndürənlər təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çataraq, “yanğınla mübarizə tədbirlərini həyata keçiriblər”.

Sonra ətrafda yaşayan və çalışan vətəndaşlarla mümkün yanğınların qarşısının alınması və yanğınlar zamanı zəruri davranış qaydaları barədə maarifləndirici söhbətlər aparılıb.

Təlimlər uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

<embed width="640" height="360" src="https://player.olke.az?v=9918&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya