» » Yevlaxdakı hadisədə xəsarət alan yanğınsöndürən və polislərin son vəziyyətləri - AÇIQLAMA

Yevlaxdakı hadisədə xəsarət alan yanğınsöndürən və polislərin son vəziyyətləri - AÇIQLAMA

Yevlaxdakı hadisədə xəsarət alan yanğınsöndürən və polislərin son vəziyyətləri - AÇIQLAMA


Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasında baş verən yanğın zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

 TƏBİB-dən oxu.az-a verilən açıqlamada bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Yevlax Rayon Mərkəzi Xəstəxanasına dörd nəfər yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən Yevlax Yanğından Mühafizə Hissəsinin (iki nəfər) və Yevlax Rayon Polis Şöbəsinin (iki nəfər) əməkdaşlarına ilkin tibbi yardım göstərildikdən sonra elə həmin gün də öz istəkləri ilə evə buraxılıblar.

Hazırda xəstəxanada yanğınla əlaqədar müalicə alan yoxdur.

Xatırladaq ki, yanğınla əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasının üç təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Qeyd edək ki, yanğın zamanı 120 ailəyə ziyan dəyib və onlar evlərini tərk etmək məcburiyyətində qalıblar.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya