» » Bakıda YPX maşını qəzaya düşdü: Polis xəsarət aldı

Bakıda YPX maşını qəzaya düşdü: Polis xəsarət aldı

Bakıda YPX maşını qəzaya düşdü: Polis xəsarət aldı


Bakıda Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti avtomobili qəzaya düşüb.

Hadisə Ziya Bünyadov prospektindəki tuneldə baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirilib ki, qəzadan əvvəl tunelin içərisi yuyulub:

“YPX avtomobili tuneli yumaq üçün su daşıyan maşınla toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Mirzəyev Niftulla İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır”.

Faktla bağlı araşdırma aparılır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya