» » Sel Goranboya külli miqdarda ziyan vurub – VİDEO

Sel Goranboya külli miqdarda ziyan vurub – VİDEO

Sel Goranboya külli miqdarda ziyan vurub – VİDEO


Əkin sahələri su altında qalıb, elektirk enerjisi verlişində fasilələr yaranıb

Goranboyda gecə yarısı başlayan yağış səhər saatlarında güclü selə səbəb olub. https:  “Baku” TV bildirir ki, təbiət hadisəsi zamanı rayon ərazisində əkin sahələri su altında qalıb, elektirk enerjisi verlişində fasilələr yaranıb.

Təbiət hadisəsi zamanı Bakı – Qazax avtomagistralının Goranboy rayonu ərazisində yerləşən körpünün ətrafı sel suları ilə dolub. Avtomobillərin hərəkətində çətinlik yaranıb.

Rayonun Goran qəsəbəsi ərazisidən də güclü sel suları axıb. Əsasən əkin sahələrindən keçən lilli su orada heyvandarlıqla məşğul olan sakinlərin gediş – gəlişində çətinlik yaradıb.

Güclü yağış nəticəsində yaranan sel Goranboyun Balakürd kəndində daha böyük fəsadlara yol açıb. Bir neçə sakinin yonca, pambıq sahələri lil,qatının altında qalıb.

Təbiət hadisəsi zamanı Goran-Naftalan yolunun Balakürd kəndindən keçən hissəsində sel suları avtomobillərin hərəkətində çətinlik yaradıb. Adiyyatı qurumlar yolda təmizlik işləri aparıb.

Gecə saatlarında başlayan yağış nəticəsində Goranboyun Boluslu və bir neçə kəndində elektrik enerjisinin verilişi də dayanıb.



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya