» » "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin "Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi" layihəsinin açılış mərasimi olub

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin "Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi" layihəsinin açılış mərasimi olub

























Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin  "Əlillərin protezlərdən , əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi " layihəsinin açılış mərasimi olub.  İlk görüş Tərtər rayonunda Gənclər mərkəzində keçirilib. Tədbirdə  Birliyin sədri Yasəmən xanım Qəyyumlu, idarə heyəti, Tərtər rayon icra hakimiyyətinin məsul işçiləri  İctimai - siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva,
Şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə işin təşkil  şöbəsinin müdiri Ülvü Nəcəfov,  təlimçi həkim Nağıyev Bəkir, protezlərdən, əsa və korsetlərdən istifadə edən Vətən müharibəsinin əlilləri ,  "Ədalət yolu " qəzetinin baş redaktoru Lalə xanım Həşimova iştirak ediblər. Protezlərdən , əsa və korsetlərdən istifadə zamanı əziyyət çəkən əlilləri dinləyən Bəkir həkim onlara müvafiq göstərişlər verib və istifadə qaydalarını izah edib.
Bundan əlavə Birlik sədri Yasəmən xanım  Qəyyumlu, şəhid ailələri və Vətən müharibəsi əlilləri ilə işin təşkili şöbəsinin müdiri Ülvü müəllim, "Ədalət yolu" qəzetinin baş redaktoru Lalə xanım onların əməyini , müharibə zamanı döyüş meydanında göstərdikləri igidliyi  xüsusi vurğulayıb və onlara daha dözümlü, qətiyyətli olmağı tövsiyyə ediblər .
Hər bir əlilə tədbirlə bağlı və layihəyə uyğun olaraq mövcud problemlərini  qeyd etmək üçün
dəftər və qələmlər paylanılıb.
Tədbir sonrası əlillərə və qonaqlara  çay süfrəsi təşkil olunub.

Fərid Səfərov,
Mətbuat katibi
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya