» » Mahmud Bağırov: Masallı şəhərində küçələrin asfaltlanması davam edir

Mahmud Bağırov: Masallı şəhərində küçələrin asfaltlanması davam edir

WhatsApp Image 2022-09-23 at 16.15.00 (1).jpg

Masallı Rayon 47 - saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov -  Masallı şəhərində küçələrin asfaltlanmasına başlanılmışdır. Belə ki, şəhid Niyaməddin  Sultanzadə küçəsində 450 metr, Həsən bəy Zərdabi küçəsində 240, Mübariz İbrahimov  küçəsində 125, Mir Cəlal küçəsində 450 metr yola ikiqat asfalt döşənərək abadlıq  işləri başa çatdırılıb.
“Elnur”-2 şirkətinin baş mühəndisi Mübariz Cəbiyev bu gün görüləcək işlər barədə məlumat verərək bildirir ki, Topçubaşov, Zülfi Adıgözəlov, C.Cabbarlı, A.Bakıxanov küçələrində asfalt örtüyün ikinci qatı davam etdiriləcək. Masallı şəhər ərazi nümayəndəliyinin mühəndisi Mahir Ağayev asfalt örtüyünün vurulması prosesinə nəzarət edir.
Rayon rəhbəri cənab Araz Əhmədov daim bu işə nəzarət edir, tapşırıq və tövsiyələr verir, köməklik göstərir.  Şəhərdə küçələrin sayı çoxaldıqca məsuliyyətimiz də artır.  Bu gün Bakıxanov küçəsində 260 metr,  Z.Adıgözəlov küçəsində isə 160 metrlik  yola asfalt örtük çəkilir.
Sonra iş Ə.Topçubaşov küçəsində 600 metrlik yol asfaltlanacaq. Beləliklə hər gün yüz metrlərlə yola asfalt örtük döşənir.

WhatsApp Image 2022-09-23 at 16.15.01.jpgWhatsApp Image 2022-09-23 at 16.15.02.jpgWhatsApp Image 2022-09-23 at 16.15.03.jpg

Sərçuvar kəndində asfaltlanma işləri


2.jpg

Sərçuvar kəndində Azərbaycanın Milli Qəhramanı Məmmədov Səfəralı Qurban oğlunun Ev Muzeyinə gedən yola asfalt döşənmişdir.
19 sentyabr 2022-ci il tarixdə Masallı rayonunun Sərçuvar kəndində Azərbaycanın Milli Qəhramanı Məmmədov Səfəralı Qurban oğlunun Ev Muzeyinə gedən yolun 350 metr hissəsinə asfalt döşənmişdir. Bu, Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun həmin kənddə və Qəhrəman şəhidin Ev Muzeyi ilə tanışlıq zamanı səsləndirilən təkliflər nəticəsində həyata keçirilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəbərinə minnətdarlıq ifadə etmişlər.
Qeyd edək ki, asfaltlama işlərini 47 nömrəli Masallı Yol İdarəsi həyata keçirmişdir.


1.jpg

Masallı rayon Kolatan ərazisində asfaltlanma işləri


WhatsApp Image 2022-09-16 at 15.37.39 (1).jpeg

Masallı rayonunun Kolatan kəndində ənənəvi xeyriyyə işləri davam etməkdədir.
Belə ki, xeyriyyəçilərin maliyyə dəstəyi ilə Kolatan kəndinin təzə məhəllə adlanan ərazisində növbəti 550 metrlik yol asfaltlanaraq istifadəyə verilmişdir. Sözügedən yol, təzə məhəllə ilə yanaşı, kənd əhalisinin pay torpaqlarına gedən yol ilə də birləşir.
Qeyd etmək lazımdır ki, Kolatan kəndində ümulikdə 8.2 km-lik asfalt yol məhz ölkə hüdudlarından kənarda yaşayan və kənddə yaşayan xeyriyyəçilərin maliyyə dəstəyi ilə ərsəyə gəlmişdir.
WhatsApp Image 2022-09-16 at 19.09.17.jpegWhatsApp Image 2022-09-16 at 15.37.39.jpegWhatsApp Image 2022-09-16 at 15.37.34.jpeg

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya