» » Medvedevdən 3 QORXULU SSENARİ: "Silahlı münaqişə yenidən başlayacaq və..."

Medvedevdən 3 QORXULU SSENARİ: "Silahlı münaqişə yenidən başlayacaq və..."

  • 26-05-2023, 09:46
  • Dünya
  • 0
  • 14
Medvedevdən 3 QORXULU SSENARİ: "Silahlı münaqişə yenidən başlayacaq və..."


Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram"da "Ukraynanın necə yox olacağı" barədə spekulyasiya edən yeni yazı dərc edib.

Yazıda deyilir:

"Mən bu yaxınlarda Ukraynanın niyə yox olacağını yazmışdım. İndi Ukraynanın necə yox olacağını söyləməyin vaxtıdır. Amma əvvəlcə ya suverenlik elementlərinin itirilməsi ilə Ukrayna dövlətçiliyinin yavaş-yavaş aşınması, ya da ani dağılması baş verəcək".

Medvedev deyib ki, üç ssenari mümkündür:

Birinci halda "anşlus" nəticəsində ölkənin qərb hissələri Avropa ölkələrinin tərkibinə keçəcək, qalanları onlarla Rusiya arasında sıxışdırılaraq Aİ və NATO-ya qoşulacaq. Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilər üçün silahlı münaqişə yenidən başlayacaq.

İkinci variantda, Ukrayna xüsusi əməliyyat başa çatdıqdan sonra yox olur, Rusiya və bir sıra Aİ dövlətləri arasında bölünür. Sonra mühacirətdə olan Ukrayna hökuməti yaranır.

Üçüncü varianta, Ukraynanın qərb əraziləri Avropaya birləşir, qalanları isə könüllü olaraq Rusiya Federasiyasına qoşulur.

“Bizi ikinci variant müvəqqəti qane edə bilər, amma üçüncü varianta ehtiyacımız var”, - deyə Medvedev yekunlaşdırıb.(Publika.az)
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Xocalı soyqırımı heç vaxt unudulmayacaq
    Xocalı soyqırımı heç vaxt unudulmayacaq
    Xocalı soyqırımı heç vaxt unudulmayacaq Ətraflı
    Xudafərin Teatrı DAYAQ, MİRİİB təşkilatları ilə birgə teatr tamaşası təşkil edib
    Xudafərin Teatrı DAYAQ, MİRİİB təşkilatları ilə birgə teatr tamaşası təşkil edib
    Xudafərin Teatrı DAYAQ, MİRİİB təşkilatları ilə birgə teatr tamaşası təşkil edib Ətraflı
    Müqayis Verdiyev, haqq carçısı olmaq üçün, haqqa əməl etmək lazımdı və ya “dinsizin öhdəsindən imansız gələr”…
    Müqayis Verdiyev, haqq carçısı olmaq üçün, haqqa əməl etmək lazımdı və ya “dinsizin öhdəsindən imansız gələr”…
    Müqayis Verdiyev, haqq carçısı olmaq üçün, haqqa əməl etmək lazımdı və ya “dinsizin öhdəsindən imansız gələr”… Ətraflı
    QHT rəhbəri və idarə heyəti "Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibətilə 11 saylı xüsusi təhsil məktəbində olublar
    QHT rəhbəri və idarə heyəti "Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibətilə  11 saylı xüsusi təhsil məktəbində olublar
    QHT rəhbəri və idarə heyəti "Dünya Azərbaycanlılarının həmrəylik günü" münasibətilə  11 saylı xüsusi təhsil məktəbində olublar Ətraflı
    Bütün xəbərlər
    «    May 2023    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Qalereya