» » Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vəzifəsini ŞƏRƏFLƏ yerinə yetirir - ÖZƏL

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vəzifəsini ŞƏRƏFLƏ yerinə yetirir - ÖZƏL

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vəzifəsini ŞƏRƏFLƏ yerinə yetirir - ÖZƏL


Rayon rəhbəri vətəndaşları qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib. Qəbula vətəndaşların şikayətləri ilə bağlı əlaqədar idarə, müəssisə rəhbərləri də dəvət olunublar.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
Rayon sakinləri  Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, işlə təmin olunması ilə bağlı icra başçısına müraciət ediblər.
Onların hər birinin probleminin həllinə həsasslıqla yanaşılıb müvafiq izahatlar verilib.
İcra başçısı Respublika Prezidentinin 06 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşlara tezliklə onların şəxsi əmlaklarına dəymiş ziyanla bağlı kompensasiyaların ödəniləcəyini bildirib.
Rayon sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanla bağlı möhtərəm Prezident cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


















Tərtərdə mülki şəhid Xaliq Abbasovun doğum günü qeyd olundu


Qəhraman Tərtərin Vətən müharibəsində qəlbləri vətən eşqi ilə döyünən, arxa cəbhədə fəallığı və cəsurluğu ilə seçilən mülki şəhidləri Abbasov Xaliq və Abbasov Elşən qardaşlarından Abbasov Xaliqin cənnətdəki ilk doğum günü qeyd edildi.
Abbasov Xaliq Asif oğlu 24.07.1981-ci ildə Tərtər rayonunun Poladlı kəndində anadan olub. 28.09.2020-ci tarixdə mənfur düşmənlərin Tərtər rayonunun Şıxarx qəsəbəsini artileriya atəşinə tutması nəticəsində şəhid olmuşdur.
Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları şəhidlərin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!




Şəhidimiz Ələkbərli Ələkbərin cənnətdəki ilk doğum günü məzarı başında qeyd edildi!


Bu gün, şəhidimiz Ələkbərli Ələkbər Ramiz oğlunun cənnətdəki ilk doğum günüdür.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, Azərişıq ASC-nin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanılıb.
Ələkbər Ələkbərli 28 iyul 1991-ci ildə Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Ələkbər hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Ələkbər 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib!

Allah şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun!



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya