» » Ruslar Qarabağda modul bloklu şəhərcik saldı

Ruslar Qarabağda modul bloklu şəhərcik saldı

Ruslar Qarabağda modul bloklu şəhərcik saldı


Rusiya Müdafiə Nazirliyinin maddi-texniki mütəxəssisləri sülhməramlıları Qarabağda yerləşdirmək üçün yeni modul bloklu şəhərcik salıblar.
Report bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirliyin məlumatına görə, bu, sayca dördüncü şəhərcikdir və 60 yer üçün nəzərdə tutulub.
 
"Modul qəsəbələrin tikintisi şəxsi heyət üçün rahat həyat və məişət şəraiti yaratmağa və səhra yemək məntəqələrindən, hamam, çamaşır yerlərindən, səhra anbarlarından imtina etməyə imkan verir", - nazirliyin xəbərində deyilir.
 
Mebel və məişət texnikası ilə təchiz olunmuş şəhərcik həyat şəraiti sisteminin bütün zəruri komponentlərini əhatə edir. Ərazidə hamam, tibb məntəqəsi, uniforma təmizləyici otağı, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya