» » Nazir: "Meşə yanğınları qlobal istiləşmənin təsirindən qaynaqlanır"

Nazir: "Meşə yanğınları qlobal istiləşmənin təsirindən qaynaqlanır"

Nazir: "Meşə yanğınları qlobal istiləşmənin təsirindən qaynaqlanır"


Ölkədə son dövrlər baş verən meşə yanğınları ilk növbədə qlobal istiləşmənin təsirindən qaynaqlanır.

"Bunu Fövqəladə Hallar Nazirliyində keçirilən meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunan müşavirədə çıxışı zamanı nazir general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir vurğulayıb ki, qlobal istiləşmənin təsirindən əlavə, yanğınların baş verməsinin əsas səbəbi insan faktoru olaraq qalır:

"Bəzi insanların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və məsuliyyətsiz davranışı milli sərvətimiz olan meşələrdə yanğınların baş verməsinə, onilliklər ərzində formalaşmış meşə fondumuza, flora və faunaya ziyan vurulmasına gətirib çıxarır. Odur ki, meşə yanğınlarının qarşısının vaxtında alınması üçün bütün aidiyyəti qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya