Главная > Təhsil > Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir: həm rəngi, həm də forması - FOTOLAR

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir: həm rəngi, həm də forması - FOTOLAR


6-07-2021, 10:50. Разместил: admin
Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir: həm rəngi, həm də forması - FOTOLAR


"Məktəblilər üçün yeni geyim nümunələri təsdiq üçün təqdim edilib".

Ölkə.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumata görə, həmin təsvirlər təsdiq edildiyi təqdirdə ictimaiyyətə bildiriləcək.

Bununla belə qeyd edilib ki, yeni geyim forması təsdiq olunduqdan bir müddət sonra da hazırda qüvvədə olan məktəbli formaları da istifadədə qalacaq.

Xatırladaq ki, pandemiyadan əvvəl 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılmışdı. 

Layihəyə görə, qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;

- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi.


Вернуться назад