Главная > Təhsil > Prezident Nic qəsəbəsində məktəb tikintisinə 1,5 milyon manat ayırdı
Prezident Nic qəsəbəsində məktəb tikintisinə 1,5 milyon manat ayırdı17-05-2021, 12:44. Разместил: admin |
Prezident İlham Əliyev "Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. "Sərəncamla Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb. Вернуться назад |