Главная > Təhsil > Eldar Yunusov: Azərbaycanın gücünü dünya qəbul edir

Eldar Yunusov: Azərbaycanın gücünü dünya qəbul edir


4-03-2021, 00:38. Разместил: admin

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov - Bu gün ölkəmiz ümummilli lider H.Əliyevin əsasını qoyduğu müdrik, uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf etməkdədir. Bu yolun layiqli davamçısı cənab prezidentimiz İ.Əliyevin uğurlu, daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizdə cənab prezidentimizin tapşırığı altında aparılan quruculuq işləri istənilən sahədə özünü doğrultmuşdur. O cümlədən ictimai rəyə əsaslanaraq desək, uşaq bağçalarına olan diqqət və qayğı daima ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın nəzarətindən yayınmır.

Gələcəyimiz olan uşaqların təhsilə hazırlığı məhz uşaq bağçalarından başlayır. Məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sistemi dünya standartlarına uyğunlaşdırılmış, aparılmış əsaslı islahatlar öz bəhrələrini vermişdir. H.Əliyev Fondunun böyük dəstəyi ilə yeni məktəbəqədər təhsil binalarının tikintisi geniş vüsət almış, müasir standartlara cavab verən təhsil kompleksləri istifadəyə verilmişdir. Aparılan islahatlar nəticəsində məktəbəqədər təhsilin keyfiyyəti yüksəlmiş, müasir dünya görüşlü, hərtərəfli biliyə malik yeni nəsil formalaşmışdır. Bütün bunlar dövlət başçısı cənab İ. Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.

Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Həmçinin, uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına ciddi təsir edir. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.
 

Ötən ilin sentyabr ayından başlayan məlum hadisələr istər ölkə daxilində, istərsə də xaricdə bir çoxlarının vətənimizə baxış bucağını dəyişdi. 44 günlük Vətən müharibəsində həm hərbi sahədə, həm siyasi müstəvidə qazandığımız uğurlarla dünyaya əzmkar, mübariz xalq olduğumuzu bir daha sübut etdik. İgid oğullarımızın qanı, canı bahasına, Ali Baş Komandanın qətiyyəti sayəsində dünyanın gözünə qalib xalq kimi baxmağı bacardıq. Son aylarda gedən proseslər və 10 noyabr bəyannaməsi regionda vəziyyəti ciddi dəyişdi. Təəssüf ki, Ermənistan dövləti, onun daxilindəki bəzi qüvvələr sözdə bir əməldə digər mövqe sərgiləyir. Azərbaycanın gücünü dünya qəbul edir. Məhz bu amilə görə xarici media nümayəndələri bu güc-qüdrəti yerində görmək istəyirlər.
Ali Baş Komandan cənab Prezident İlham Əliyev 26 fevral 2021-ci il tarixində baş tutan 4 saat davam edən 35-dən çox dünya mediasının 50-yə yaxın sualı cavablandırılan mətbuat konfransında bir çox məsələlərə aydınlıq gətirildi. Cənab Prezident yerli və xarici mətbuat nümayəndələrinin suallarını geniş , dəqiq, sərrast cavablandırmaqla əsl siyasi lider, sevilən komandan olduğunu bir daha sübut etdi. İranlı jurnalistə verdiyi tutarlı cavabı da onun tək hərbdə, siyasətdə deyil, söz savaşında da yenilməz olduğunu göstərdi.
Bir əlində qələm bir əlində qılıncla mübarizə aparan Şah İsmayıl Xətai kimi sərkərdələrin yetişdirdiyi torpaqda bu gün başqa ruhda ölkə başçısının olması mümkün deyil. Mətbuat konfransında Ali Baş Komandanın bütün proseslərlə bağlı apardığı təhlillər, gələcəklə bağlı planlar onu deməyə əsas verir ki, Azərbaycan qısa müddət ərzində regionun ən güclü dövləti olaraq bir çox layihələri reallaşdıracaq Prezidentin “Rusiya, Türkiyə və biz eyni mövqedəyik...Avrasiya üçün də yeni damar açıla bilər”, “Post müharibə dövrü yeni imkanlar yaradar”, “Bütün dost ölkələr üçün iş imkanları var “ və s. fikirləri necə qüdrətli dövlətə çevrildiyimizin göstəricisidir.
Ulu öndər Heydər Əliyevin dillər əzbəri kəlamı var “Mən fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam”. Bu fikirlərdən ruhlanıb demək istəyirəm ki, biz fəxr edirik ki, cənab İlham Əliyev kimi Ali Baş Komandanımız, Prezidentimiz var və yazımı cənab İlham Əliyevin həmişə səsləndirdiyi və mətbuat konfransında bir daha vurğuladığı fikirlə bitirirəm “Nəyi hədəfləmişiksə, çatmışıq”.
Qarşıya qoyduğu hədəfə çatmaq yolunda prezidentimizə uğurlar arzulayıram.
Biz sizinləyik, Cənab Ali Baş Komandan!

Вернуться назад