Главная > Təhsil > Azərbaycanda minaya düşən gənc magistraturaya qəbul oldu - FOTO
Azərbaycanda minaya düşən gənc magistraturaya qəbul oldu - FOTO3-07-2024, 10:44. Разместил: admin |
Azərbaycanda minaya düşərək ayağı amputasiya olunan gənc magistraturaya qəbul olub. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. H.Əlizadənin 65 balla Xəzər Universitetinə qəbul olduğu bildirilir. Qeyd edək ki, H.Əlizadə 2022-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirib. O, Varşava Dövlət Universitetinə tam təqaüdlə qəbul olsa da, təhsilini davam etdirə bilməmişdi. Tərtər rayonunun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu bu il fevralın 4-də həmin rayonun Qızıloba kəndi ərazisində heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. Hadisə nəticəsində onun sol ayağı amputasiya edilib. Вернуться назад |