Главная > Təhsil > Yoxlamalar aparıldı, kollec direktoru vəzifədən azad edildi
Yoxlamalar aparıldı, kollec direktoru vəzifədən azad edildi1-04-2024, 10:40. Разместил: admin |
Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib. Bu barədə Ölkə.Az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir. Вернуться назад |