Главная > Təhsil > Azərbaycanda bir sıra uşaq evi publik hüquqi şəxsə çevrildi - SİYAHI

Azərbaycanda bir sıra uşaq evi publik hüquqi şəxsə çevrildi - SİYAHI


19-01-2024, 14:19. Разместил: admin
Azərbaycanda bir sıra uşaq evi publik hüquqi şəxsə çevrildi - SİYAHI


Azərbaycanda bir sıra uşaq evi publik hüquqi şəxsə çevrilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, həmin uşaq evləri adını və təşkilati-hüquqi formasını dəyişərək publik hüquqi şəxsinə çevrildiyini elan edib.

Onlar aşağıdakılardır:

1) 1 nömrəli Ailə tipli kiçik qrup evi - "1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi" publik hüquqi şəxsi.

2) 2 nömrəli Ailə tipli kiçik qrup evi - “2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsi.

3) 1 saylı uşaq evi - “1 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsi.

4) Suraxanı rayonu 2 saylı uşaq evi - “2 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsi.

5) Xətai rayon 3 saylı uşaq evi - “3 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsi.

6) Gəncə Şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli uşaq evi - “4 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsi.

7) O.Mirzəyev adına qarışıq tipli uşaq evi - “Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsi.

8) Şəki şəhər qarışıq tipli uşaq evi - “6 saylı Uşaq evi sosial xidmət müəssisəsi” publik hüquqi şəxsi.


Вернуться назад