Главная > Təhsil > Gələn il bəzi məktəblər birləşdiriləcək, bəziləri ləğv ediləcək
Gələn il bəzi məktəblər birləşdiriləcək, bəziləri ləğv ediləcək18-12-2023, 10:11. Разместил: admin |
2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub. Bunu APA-ya açıqlamasınsa Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib. O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: "Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir". Вернуться назад |