Главная > Təhsil > Azərbaycanda məktəbli qızılcadan öldü
Azərbaycanda məktəbli qızılcadan öldü30-11-2023, 12:15. Разместил: admin |
Azərbaycanda məktəbli qızılcadan ölüb. Ölkə.Az-ın məlumatına görə, bunu 294 saylı orta məktəbin direktoru Laçın Hüseyinli deyib. Son 5 gündə 200-dən çox yoluxma olduğunu deyən direktor 3 növbəli məktəbin bir nəfər də olsa, həkimi olmadığını söyləyib. L.Hüseyinli əlavə edib ki, iki ildir məktəb üçün tibb bacısı tələb etmələrinə baxmayaraq müvafiq addım atılmayıb. Вернуться назад |