Главная > Təhsil > Məktəbəhazırlıq qruplarına qəbul başlayır: Yenilik var

Məktəbəhazırlıq qruplarına qəbul başlayır: Yenilik var


9-08-2023, 09:51. Разместил: admin
Məktəbəhazırlıq qruplarına qəbul başlayır: Yenilik var


Avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. 

Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək. 

Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.


Вернуться назад