Главная > Təhsil > Nazir: "Neftçi" qalib gəldi, Bakıda zəlzələ oldu - FOTO

Nazir: "Neftçi" qalib gəldi, Bakıda zəlzələ oldu - FOTO


4-07-2023, 10:45. Разместил: admin
Nazir: "Neftçi" qalib gəldi, Bakıda zəlzələ oldu - FOTO


Elm və təhsil naziri Emin Əmrullayev Bakıda baş verən zəlzələ ilə bağlı müzakirələrə səbəb olacaq paylaşım edib.

Nazir “Neftçi”nin qadınlardan ibarət basketbol komandasının İsraildə qalib gəlməsi ilə Bakının silkələnməsini qarşılaşdırıb.

"Neftçi" İsraildə çempion oldu, Bakıda isə zəlzələ oldu... Niderland, Macarıstan, Litva, İsrail və Çin komandalarına qalib gəlmələri münasibətilə komanda üzvlərini təbrik edirəm!” – nazir bildirib.
Qeyd edək ki, bu gün saat 00:01-də Xəzər dənizinin şimal hissəsində, Azərbaycan sahilində 5,7 ballıq zəlzələ baş verib. Zəlzələ Bakı da daxil olmaqla, ölkəmizin şimal hissəsinin sahil ərazilərində hiss edilib.




Вернуться назад