Главная > Təhsil > Bakıda səkkiz fəndən “iki” alan şagirdlə bağlı — RƏSMİ AÇIQLAMA

Bakıda səkkiz fəndən “iki” alan şagirdlə bağlı — RƏSMİ AÇIQLAMA


27-08-2020, 14:22. Разместил: admin
Bakıda səkkiz fəndən “iki” alan şagirdlə bağlı — RƏSMİ AÇIQLAMA


Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəbdən şikayət var.
Bu barədə həmin məktəbdə oxuyan 2005-ci il təvəllüdlü Əlizadə Niyaz Eldəniz oğlunun valideyni sosial şəbəkədə paylaşım edib.

Valideyn iddia edir ki, övladının oxuduğu məktəbin rəhbərliyi şagirdə attestat vermək üçün 1000 manat pul tələb edib. 

Tələb edilən pul verilmədiyi üçün şagirdin attestatına içərisində əsas fənlər olmaqla, səkkiz fəndən (Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Xarici dil, Azərbaycan tarixi, Ümumi tarix, Fiziki tərbiyə, Təsviri incəsənət) "2” yazılıb. 
Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əlizadə Niyaz Eldəniz oğlunun valideyni tərəfindən irəli sürülən iddialar araşdırılıb:

"Bakı şəhəri 280 nömrəli tam orta məktəbin 2019-2020-ci tədris ilində IX sinfi bitirən Əlizadə Niyaz Eldəniz oğlunun ümumi orta təhsil haqqında attestatındakı səkkiz fəndən (Azərbaycan dili, ədəbiyyat, rus dili, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fiziki tərbiyə, təsviri incəsənət)  "2” (iki) qiymət alması ilə bağlı məsələ tərəfimizdən araşdırıldı.

Araşdırma zamanı N.Əlizadənin 2019-2020-ci tədris ilində təhsil aldığı IX "B” sinfinin jurnalına baxış keçirildi. Məlum oldu ki, onun birinci yarımil üzrə yuxarıda qeyd edilən fənlərdən qiymətləri 2 (iki) olub, mövcud vəziyyətlə əlaqədar olaraq Təhsil Nazirliyinin 22.05.2020-ci il tarixli 02-14-441/13 və 02.06.2020-ci il tarixli 1741-01/06 nömrəli təlimatı məktublarına əsasən, həmin qiymətlər illik qiymətlər kimi yazılıb və qeyd edilən fənlərdən onun yekun attestata yazılacaq qiymətləri də "2” (iki) çıxıb”.




Вернуться назад