Главная > Təhsil > Zəngilanın Ağalı kənd məktəbində 29 ildən sonra ilk zəng çalınıb - FOTO
Zəngilanın Ağalı kənd məktəbində 29 ildən sonra ilk zəng çalınıb - FOTO15-09-2022, 10:20. Разместил: admin |
Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində 29 ildən sonra ilk dəfə dərs başlayıb. “Report” məlumatına görə, ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ağalıda ilk dərs günündə elm və təhsil naziri Emin Əmrullayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev də iştirak edir. 360 şagird yerlik ikimərtəbəli məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub. Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Ağalı kənd sakinlərinin ilk qrupu 2022-ci il iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də və 10-da doğma yurdlarına qayıdıblar. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləri var. Вернуться назад |