Главная > Təhsil > Bakı Tikiş Evinin önündə böyük izdiham - VİDEO

Bakı Tikiş Evinin önündə böyük izdiham - VİDEO


12-09-2022, 11:28. Разместил: admin


Artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Buna baxmayaraq əksər valideynlər hələ də övladlarına məktəbli forması ala bilməyiblər.

BAKU.WS xəbər verir ki, bu gün səhər saatlarında Bakı Tikiş Evinin önündə böyük izdiham yaşanıb. Bu barədə görüntülər saytın "Qaynar xətt"inə daxil olub.

 Nəzərinizə çatdıraq ki, bir müddət öncə Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məktəblərdə formaların məcburi olmadığını söyləmişdi.
Bundan başqa, Bakı Tikiş Evinin rəsmisi bu il yalnız ibtidai sinifləri forma ilə təmin edə bilmək imkanlarının olduğunu bildirmişdi.

<embed width="640" height="360" src="https://player.olke.az?v=10013&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>


Вернуться назад