Главная > Təhsil > Tələbələrə şortik-mayka qadağası ilə bağlı açıqlama: "Qızlar şikayət edib" - YENİLƏNİB

Tələbələrə şortik-mayka qadağası ilə bağlı açıqlama: "Qızlar şikayət edib" - YENİLƏNİB


8-06-2022, 10:52. Разместил: admin
Tələbələrə şortik-mayka qadağası ilə bağlı açıqlama: "Qızlar şikayət edib" - YENİLƏNİB


Məsələ ilə bağlı Ölkə.Az-a danışan ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova elan  tamamilə cəmiyyətin etik qaydalarına dəvətdir:

“Çünki kitabxana daha özəl bir yerdir. Orada tələblərimiz daha çoxdur. Dərsə davamiyyəti, fikrin pozulması  ilə bağlı qız tələbələrimizin bəzi şikayətlərinə əsasən belə bir elan yerləşdirilib. Açığı, burada qeyri-adi bir şey yoxdur.Çünki bu, tamamilə cəmiyyətin etik qaydalarına bir dəvətdir.

Bildiyiniz kimi daxili nizam-intizam qaydaları hər müəssisədə var. Bu, istər iş yeri olsun, istərsə də təhsil müəssisələri. Hətta  bir çox inkişaf etmiş dövlətlərdə belə ictimai yerlərdə dress-kodlar olur. Biz də həmçinin tələbələrimizə belə bir dəvət olaraq yazmışıq ki, müəyyən etik qayadalara riayət edək. Bizim universitet olaraq məqsədimiz tələbəyə təhsil verməkdir. Kitabxana  çox özəl olan hissələrimizdəndir. Buna əsasən, belə bir elan hazırlayıb yerləşdirmişik. 
Əslində, indiyə qədər universitetə tələbələrin şortik-maykada gəlməsi ilə bağlı hər hansı bir problem yaşamamışıq. Tələbələrimiz də geyim qayadalarını bilirlər. Nəyisə geyinib-geyinməməklə bağlı qəti qadağa yoxdur. Etik qaydalara uyğun olaraq hər kəs istədiyini geyinə bilər”.

 

***

10:12

Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyimlə bağlı qadağa qoyulub.

Demokrat.az xəbər verir ki, bu barədə kitabxananın girişində elan yerləşdirilib.

Bildirilib ki, ictimai qaydalara uyğun olaraq, Əsaslı Kitabxanaya qısa şalvarda (şortik), maykada gəlmək qəti qadağandır.

Bu qadağa sosial şəbəkələrdə müzakirələrə səbəb olub, universitet rəhbərliyi tənqid edilib. 




Вернуться назад