Главная > Təhsil > Azərbaycanda təhsil haqqı artırıldı — SİYAHI
Azərbaycanda təhsil haqqı artırıldı — SİYAHI14-08-2020, 11:25. Разместил: admin |
Doqquzillikdən kolleclərə qəbulda illik təhsil haqları bir neçə kollec üzrə artırılıb. Bu barədə təhsil eksperti Elçin Əfəndi qeyd edib. Ekspert illik təhsil haqqı qalxan dövlət və özəl kolleclərin siyasını açıqlayıb: Dövlət Kollecləri üzrə: 1. ADİU-nun nəzdində Maliyyə-iqtisad Kolleci – 900 manat (ötən il 700 manat); 2. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci – 600 manat (ötən il 500 manat); 3. Bakı Qida Sənaye Kolleci – 800 manat (ötən il 600 manat); 4. ATU nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci – 800 manat (ötən il 700 manat); 5. ADNSU nəzdində Bakı Neft-Energetika Kolleci – 800 manat (ötən il 700 manat). Özəl kolleclər üzrə: 1. Bakı Biznes və Kooperasiya Kolleci – 1100 manat (ötən il 950 manat); 2. Qərbi Kaspi Universitinin nəzdində olan Kollec – 890-1190 manat (ötən il 600-700 manat) Вернуться назад |