Главная > Təhsil > Biabırçı görüntülərlə bağlı qərar: müəllim cəzalandırıldı - RƏSMİ

Biabırçı görüntülərlə bağlı qərar: müəllim cəzalandırıldı - RƏSMİ


26-01-2022, 16:00. Разместил: admin
Biabırçı görüntülərlə bağlı qərar: müəllim cəzalandırıldı - RƏSMİ


165 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib. 

Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.

Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.


Вернуться назад