Anar Nuriyev: Ölkələrin iqtisadi potensialı qardaşlığımızın qüdrətini artırır
- 10-06-2021, 09:20
- Təhsil
- 0
- 470
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Saray Uşaq İncəsənət Məktəbinin direktoru Anar Nuriyevdir.
Məktəb 1985-ci ildən 1990-cı ilədək Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət məktəbinin filialı kimi fəaliyyət göstərib. 1990-ci ildən sərbəst məktəb kimi fəaliyyətə başlayıb.
Anar Nuriyev 1977-ci ildə Sumqayıtda anadan olub. Musiqişünas ailəsində doğulduğu üçün uşaqlıqdan musiqiyə həvəsi olub. Sumqayıtda Səid Rüstəmov adına musiqi məktəbində skripka ixtisası üzrə təhsil alıb.
1999-cu ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra hərbi xidmətə getmiş və hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Milli Konservatoriyasının tərkibindəki musiqi kollecində oxuyub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əmək fəaliyyətinə Sumqayıtdakı “Dostluq” mədəniyyət evində başlayıb. Hazırda Saray qəsəbə musiqi məktəbinin direktorudur.
Onun sözlərinə görə, Saray qəsəbəsində musiqiyə, incəsənətə maraq böyükdür. Hazırda məktəbdə 300 şagird təhsil alır. Onların təlim-tədrisi ilə 60-dək müəllim məşğul olur.
Mədəniyyət qayğı sevir. Biz də bu qayğını daim hiss edirik. Ona görə də kollektivimiz Mədəniyyət və Turizm Nazirliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə məktəbimizə göstərilən diqqətə görə minnətdardır. Bizə bədbin olmaq yaraşmır. İnanıram ki, bir gün işğal altındakı torpaqlarımız azad olacaq.
Saray Uşaq İncəsənət Məktəbinin direktoru Anar Nuriyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli sədr peşəsinə yiyələnən Anar Nuriyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Anar Nuriyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Anar Nuriyevdən danışdılar yaxşı ki, Anar Nuriyev Saray Uşaq İncəsənət Məktəbinin direktoru təyin olunub… Anar Nuriyev öz isguzarlığı ilə tanınır və seçilir….
Anar Nuriyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Saray Uşaq İncəsənət Məktəbinin direktoru Anar Nuriyev - Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu istiqamətdə ilkin olaraq 1 noyabr 1992 tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmış, 23 yanvar 1993 tarixindən isə qüvvəyə minmişdir. İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur. Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələr əsasında 1994-cü ildə “Əsrin Müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir. Bunlardan xüsusilə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə kimi mexanizmləri vurğulamaq olar.
Azərbaycanın ümumi ticarət dövriyyəsində Türkiyənin payı son illərdə getdikcə artır. Belə ki, 2012-2014-cü illər arasında bu göstərici sabit olaraq 6% təşkil edib, 2015-ci ildə isə 12%-ə yüksəlib. Bu proses də 2015-ci ildən etibarən Türkiyəyə neft-qaz ixracının artması ilə əlaqəli olub. 2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4.5 milyard dollar təşkil etməklə 14% yer tutub. 2020-ci ildə Azərbaycan və Türkiyə liderlərinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasındakı çıxışında bu rəqəmin 15 milyard dollara çatdırılmasının hədəfləndiyi qeyd edilib. Ölkələr, bu hədəfə nail olmaq üçün bir sıra sazişlər imzalayıb. Bunlardan biri 1 iyul 2020-ci il tarixində təsdiq edilən iki hökumət arasında Preferensial Ticarət Sazişidir.
Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərir. Mövcud potensialın dəyərləndirilməsi hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlılığı kimi məsələlərdə böyük səmərə qazandıra bilər.