» » Ağababa İbrahimov: Əbədi qayıdışın bariz nümunəsi

Ağababa İbrahimov: Əbədi qayıdışın bariz nümunəsi



Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağababa İbrahimovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ağababa İbrahimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İbrahimov Ağababa Bayram oğlu 17 fevral 1957-ci ildə Babək rayonunun Sirab kəndində müəllim ailəsində anadan olmuşdur. 1964-cü ildə Sirab kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1972-ci ildə Bakı şəhərindəki 1№-li fizika-riyaziyyat təmayüllü internat məktəbinin 9-cu sinfinə daxil olub. Həmin məktəbi 1974-cü ildə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1979-cu ildə Universiteti bitirib, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda əmək fəaliyyətinə başlamışdır.
1990-cı ilin sentyabrında Nərimanov rayonu 43 saylı “İstedadlar” məktəbinə direktor, 1993-cü ilin yanvarında isə Bağça-məktəb-lisey kompleksinin direktoru təyin olunmuşdur. 06 dekabr 2001-ci il tarixindən Nərimanov Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 23 fevral 2004-cü il tarixindən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri, 28 dekabr 2013-cü il tarixindən təhsil nazirinin müşaviri vəzifəsində işləmişdir. 25 avqust 2015-ci il tarixindən 11 iyul 2016-cı il tarixinədək Goranboy Rayon Təhsil Şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. Fizika-riyaziyyat elmləri namizədidir. Dövlət qulluğunun müşaviridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci ildən 2004-cü ilədək Yeni Azərbaycan Partiyasının Ağa Neymətulla küçəsi, 23 A ünvanında yerləşən ilk təşkilatının sədri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4oktyabr tarixli, 1034 №-li Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11/70 nömrəli, 17 fevral 2007-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
2015-ci ildə Strateji Araşdırmalar və Dövlət Müdafiəsi İdarəetmə Akademik Kursunu bitirmişdir.
Ümumtəhsil məktəblərinin 5,6-cı siniflərin Riyaziyyat,  7, 8, 9-cu siniflərin cəbr, 10, 11-ci siniflərin cəbr və analizin başlanğıcı dərsliklərinin, bir sıra dərs vəsaitlərinin və metodiki vəsaitlərin həmmüəllifidir. Xalq təbabətinə aid kitabların müəllifidir.
2017 –ci ilin fevralın 1-dən Astara Pedaqoji Kollecin direktoru vəzifəsinə təyin olunmuşdur.



Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov - Bu gün ölkədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var. Son illər yüzlərlə məktəb həm dövlət büdcəsi vəsaiti hesabına, həm də Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir və bərpa olunub, yeni STEAM, uşaq-yaradıcılıq mərkəzləri yaradılıb.

Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.

Hazırda ölkəmizdə ən müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Hətta son üç ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu məsələ diqqətdən kənarda qalmadı. “Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində Zəfərlə başa çatdı. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. İnanıram ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatacağıq”.

Avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı Prezident İlham Əliyev bir daha qeyd etdi ki: “Bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.  Bu əlbəttə ki, böyük iradə, cəsarət,  əzmkarlıq tələb edən bir məsələ idi. Azərbaycan ona edilən təzyiqlərə baxmayaraq bu iradəni, bu cəsarəti, bu gücü bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində  hərbi-siyasi qələbə qazandı. Tarixi ərazilərimiz erməni işğalından azad olunaraq,  suveren  hüquqlarını bərpa etdi. Ötən müddət ərzində 30 ilə yaxın davam edən erməni vandalizmi nəticəsində talan edilən, xarabaya çevrilən, hər addımda minalarla zəhərlənən torpaqlarda nəhəng quruculuq işləri görülür, beynəlxalq hava limanları, körpülər, evlər, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, infrastruktur qurulur, yollar çəkilir, kəndlər, şəhərlər salınır. Artıq keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdır. Bir sözlə Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır.

Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. Ermənistan  imzaladığı 10 noyabr  2020-ci il  tarixli  üçtərəfli Bəyanatdan (faktiki olaraq Kapitulyasiya aktı) irəli gələn  öhdəliklərini yerinə yetirmir, icra etməli olduğu müddəaları kobud şəkildə pozmağa davam edir. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli “Laçın” dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Beləliklə, bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi. Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu, Azərbaycanın 44 günlük müharibədən sonra əldə etdiyi növbəti tarixi nailiyyətdir. 2020-ci ilin sentyabrından başlayaraq Azərbaycan və onun lideri qarşıya qoyulan hədəflərə doğru addım-addım irəliləyir.

Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya göstərdi, bunu bir daha təsdiqlədi. Azərbaycan öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi yaratdı, dövlət sərhədində bayrağını ucaltdı.

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır.  Lakin bir daha xatırlatmaq yerinə düşər ki,  10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən  cari ilin 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu.

Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib… Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir… Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.

 Qeyd etmək lazımdır ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alınmasında müstəsna əhəmiyyətə malikdir. Eyni zamanda, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Ağababa İbrahimov: Əbədi qayıdışın bariz nümunəsi

Əlbəttə ki, Ermənistan, separatçı qüvvələr, Ermənistanı himayə edən dairələr  “Laçın” SBM-nin  qanunsuz olması ilə bağlı beynəlxalq təkşilatalar müraciət edir, dünya ictimaiyyətini çaşdıran məlumatlar yayırlar. Əssasız olaraq  rəsmi Bakını Qarabağda yaşayan erməniləri “humanitar böhran” vəziyyətinə aldığını,  Xankəndidə və ətraf ərazilərdəki ermənilərin acından "öldükləri" ilə bağlı informasiyaları tirajlamaqla  beynəlxalq  təşkilatları Azərbaycana təzyiq göstərməyə çağırırlar. Amma bu cəhdlər də bir fayda vermədi. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib etməsi də  bir daha göstərir ki, Azərbaycanın bu addımı beynəlxalq hüququn tələblərinə uyğundur. Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün keçirilən  təcili iclasda da Ermənistan və ona dəstək verənlər məqsədlərinə çatmadılar. Lakin nə Ermənistan , nə də onun ən böyük himayədarı Fransa siyasi təxribatlardan əl çəkmir, sülh və normallaşma prosesinə  maneələr yaradırlar.  Fransanın “humanitar yardım” adı ilə  həyata keçirdiyi növbəti təxribat  baş tutmadı. Azərbaycan Fransadan göndərilən “humanitar yükü” Qarabağa buraxmadı.Fransadan göndərilən “humanitar yüklü” 10 avtomobil iyulun 26-da sərhəddə gözləyən “Spayka” avtomobillərinin ardınca düzülmüş vəziyyətdə qaldı.

Əgər  həqiqətən də Qarabağda yaşayan erməni əsilli şəxslər  “humanitar  böhran” vəziyyətindədirlərsə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən humanitar yardımı almaq üçün adekvat addım atar və Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdilər. Burada aydın görünür ki, Ermənistan, Xankəndidə olan cinayətkar rejim, separatçılar, o cümlədən onların havadarları  Azərbaycanın bu hissəsinin ölkənin əsas hissəsinə inteqrasiyasında maraqlı olmadığı kimi, Ağdam-Xankəndi yolunun açılmasında da maraqlı deyillər. “Humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz”. Azərbaycan hər zaman olduğu kimi, ədalətin tərəfdarı olmaqla bundan sonra da qətiyyətli şəkildə öz haqlı mübarizəsini davam etdirəcəkdir.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya