» » Sabunçu Gənclər Evi ilə “Azərbaycan universitetlərinə virtual infotur”

Sabunçu Gənclər Evi ilə “Azərbaycan universitetlərinə virtual infotur”

Sabunçu Gənclər Evi ilə “Azərbaycan universitetlərinə virtual infotur”


Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə onlayn “Azərbaycan universitetlərinə virtual infotur” layihəsinə start verilib. 
“Azərbaycan universitetlərinə virtual infotur” layihəsinin keçirilməsində məqsəd - abituriyentlərin gələcək ixtisas və universitet seçimlərində yaxından köməklik göstərmək, onların rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə universitet nümayəndəliyi vasitəsilə öz suallarına cavab tapmağa şərait yaratmaq, ali təhsil müəssisələrinin ixtisaslaşdığı istiqamətlər üzrə tələbələr üçün yaratdığı şərait və imkanları abituriyentlərə təqdim etməkdir.
Layihənin iyirmi ikinci iştirakçısı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin onlayn  təqdimatı keçirilib. Sabunçu Gənclər Evinin “Facebook” səhifəsindən canlı olaraq yayımlanan təhsil müəssisəsinin təqdimatı sosial şəbəkə üzərindən 4299 nəfərə çatıb, 940  nəfər izləyib.
Virtual infotur müddətində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Tədris işləri üzrə prorektoru Validə Məmmədova,Elm və yaradıcılıq üzrə prorektoru Sədaqət Əliyeva, Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə şöbənin müdiri Elçin Cəfərov, universitetin Teatr sənəti fakültəsinin dekanı Ellada Hüseynova, Kino və televiziya fakültəsinin dekanı Elnur Mehdiyev, Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, Musiqi sənəti fakültəsinin dekanı Nərmin Qaralova, Sabah kurslarının dekanı Bella Məmmədbəyova iştirak edib və gəncləri maraqlandıran sualları  cavablandırıblar. 
Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.




  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya