» » Sevda xanım Hacıyeva: Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır

Sevda xanım Hacıyeva: Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır

Sevda xanım Hacıyeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

2 nömrəli uşaq evinin direktoru Sevda Hacıyeva bildirmişdir ki, rəhbərlik etdiyi uşaq evi 2000-ci ilin oktyabrından fəaliyyət göstərir. Hazırda burada yüzdən çox valideyn himayəsindən məhrum olmuş uşaq yaşayır və təhsil alır. Uşaqların rahat yaşaması üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır. Onlar üçün müasir tələblərə cavab verən idman zalı, basketbol, voleybol və futbol meydançaları və s. vardır. Müəssisə 3 korpusdan ibarətdir. Yüksək səviyyədə kitabxanamız vardır. Bundan əlavə, rəqs, akt zalları, tikiş, kompyuter otaları və s. uşaqların istifadəsinə verilmişdir. Uşaqlara tibbi xidmət yüksək səviyyədədir. Hazırda burada 3 yaşdan 16 yaşadək olan uşaqlar yaşayır.

Sevda xanım Hacıyeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Sevda xanım Hacıyeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Sevda xanım Hacıyeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
 

2 saylı uşaq evinin direktoru Sevda xanım HacıyevaLider amili cəmiyyətin ümumi inkişafının, milli tərəqqiyə xidmət edən dayanıqlı əsasların yaradılmasının, bütöv bir ölkənin, xalqın gələcək taleyini müəyyən edən ideyaların reallığa çevrilməsinin ən mühüm şərtidir. Bir çox hallarda cəmiyyətin xilası, dövlətin tərəqqisi məhz lider amilindən asılı olur. Xalqın yetirdiyi liderlər milli ideyaların yaradıcıları kimi çıxış edir və cəmiyyəti bu ideyaların həyata keçirilməsi uğrunda səfərbər edə bilir.

Azərbaycanın çağdaş tarixində bu missiyanı xalqımızın Ümummilli lideri Heydər Əliyev yerinə yetirmişdir. Azərbaycanın milli dövlətçilik konsepsiyasını irəli sürən Ulu öndər, tarixi ənənələrə və müasir inkişaf meyillərinə əsaslanaraq bu konsepsiyanı böyük uğurla reallaşdırmış, ölkəmizin inkişaf strategiyasının əsasını qoymuşdur. Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, dünya birliyində öz layiqli yerini tutması, dövlətin xalqa xidmət missiyasını həyata keçirməsi Heydər Əliyevin tarixi xidmətləridir. Ulu öndər Heydər Əliyev qurub yaratdığı dövlətin hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəminin yaradılması, onun güclü daxili potensiala malik olması yönündə möhtəşəm nailiyyətlərə imza atmış, dövrün çağırışlarına adekvat reaksiya verərək Azərbaycanın dünyaya uğurlu inteqrasiyasını təmin etmişdir.

Tarixi təcrübə belə bir həqiqəti sübuta yetirir ki, varislik prinsipi gözlənilmədən dinamik inkişaf, xalqın rifahına xidmət edən ideyanın və ya ideyalar məcmusunun davamlı xaratker alması mümkün deyil. Yəni, varislik prinsipi gözlənilmədiyi halda mövcud olan mütərəqqi ideya aşınmalara məruz qala, beləliklə məhvə məhkum ola bilər. Lakin xalqa, cəmiyyətə xidmət edən ideyaların sivil qaydada varislik prinsipi əsasında ötürülməsi cəmiyyətin inkişafı üçün vacib amildir. Sevindirici haldır ki, Ulu öndərin ideyaları, inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni yüzilliyin tələblərinə uyğun olaraq daha da zənginləşdirilir, dövlət başçısının yorulmaz və gərgin fəaliyyəti ilə ölkəmizin malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənir. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirmiş, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır. Son illərdə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir.
Sadıq Sadıqov vəzifəsini şərəflə yerinə yetirir
Yüksək siyasi iradəsi, qətiyyəti, məqsədə doğru inamla irəliləməsi, praqmatizmi, təvazökarlığı və sadəliyi, ən əsası ümumilli lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olması möhtərəm Prezidentimiz İlham Əliyevə xalqın böyük rəğbətini qazandırmışdır. Siyasi liderlik, şübhəsiz, kütlələri ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyət və lider kimi böyüklüyü Onun ideyalarının inteqrativ-birləşdirici mahiyyətindən, ilk növbədə hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı verir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüşdür. Müasir dövrdə daxili və xarici siyasətin effektivlik əmsalı eyni zamanda fərdin iqtisadi və siyasi azadlıqlarını maksimum dərəcədə təmin edən liberal mühitin formalaşdırılmasından, eləcə də, iqtidarla vətəndaşların mənəvi birliyindən bilavasitə asılıdır.

Xalq üçün çalışan, onun mənafeyini mümkün dərəcədə qoruyan hakimiyyət daxildə ciddi elektoral dəstəyə malik olduğunu daim hiss edir, bu da öz növbəsində onun apardığı siyasətdə inamlı, qətiyyətli və prinsipial addımlar atmasına, kənar təsir və təhdidləri neytrallaşdırmasına əlverişli imkanlar açır. İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin sınaqdan çıxmış təcrübəsi göstərir ki, siyasi hakimiyyətin müəyyən zaman intervalında əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amil məhz sosial məsuliyyət prinsipidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası xalqa layiqli xidmət məramını əsas tutmaqla, ölkənin bütün mövcud resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edir, siyasətində hər bir fərdin maraq və mənafeyini nəzərə almağa çalışır. Fəaliyyətini hər zaman ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Azərbaycan Prezidenti İlham Əliyev də məhz fenomenal liderlik keyfiyyətləri sayəsində respublikamızı qısa müddətdə bütün sahələrdə sürətli inkişaf yoluna çıxarmışdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə, ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin öz vətəndaşlarının həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir.

Cənab İlham Əliyevin fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə cənab Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin əsas qayəsini təşkil etmişdir. Avrotlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin yaranması, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və s. məsələlər də daim dövlət başçısının xüsusi diqqət mərkəzində olmuşdur. Möhtərəm Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasət sayəsində ölkənin kompleks inkişafı təmin olunmuş, sosial-iqtisadi, siyasi, hüquqi sahədə modern sistem qurulmuş, cəmiyyətdə demokratik dəyərlər daha geniş miqyasda bərqərar edilmiş və onların daim təkmilləşdirilməsi prioritet məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurların miqyası kifayət qədərdir. Ən möhtəşəm nailiyyətlərdən biri Azərbaycanın iqtisadi sahədə keçid dövrünü vaxt baxımından o qədər də böyük olmayan zaman kəsiyində başa çatdırmasıdır. Postsovet məkanına daxil olan bir çöx ölkələrdə keçid dövrü hələ davam etməkdədir. Azərbaycan isə həmin ölkələrdən fərqli olaraq iqtitsadi keçid mərhələsini başa vurmuş, bazar iqtisadiyyatının prinsipləri ölkəmizdə tam bərqərar olmuşdur. İqtisadi sahədə keçid dövrünü müvəffəqiyyətlə başa vurmuş Azərbaycanda bu gün əhalinin maddi rifah halının yüksəldilməsi, sosial müdafiəsinin möhkəmləndirilməsi üçün real imkanlar yaradılmışdır. İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləndirməklə onların icra prosesini şəxsi nəzarətində saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir.

Ötən dövrdə qlobal böhrana qarşı etibarlı sipər rolunu oynayan, habelə, iqtisadi inkişafa zəmin yaradan başlıca amillərdən biri də milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi, habelə, prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə olunmasıdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı, həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edən bu yanaşma Azərbaycanda da mühüm tarixi nailiyyətlərlə müşayiət olunmaqdadır.

Məlum olduğu kimi, iqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, eləcə də, xarici siyasətdə hansısa ciddi uğurundan danışmaq mümkün deyildir. Ona görə də, Azərbaycanın dövlət başçısı davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə, güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafına çalışır, bu sahədə həlledici uğurlara imza atır. Praqmatik və rasional baxışlı siyasi lider kimi dövrün mövcud reallıqlarını düzgün dəyərləndirən cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel surətdə gerçəkləşdirilən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti respublikanın gələcək yüksəlişinin, habelə, effektiv xarici siyasətinin vahid istinad nöqtəsi kimi əsaslandırır və həyata keçirir. Azərbaycan Prezidentinin dünyanın siyasi mənzərəsinin tələblərinə maksimum dərəcədə cavab verən bu mütərəqqi inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşımaqla, inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır.

Prezident İlham Əliyevin 19 illik uğurlu fəaliyyətinin şah əsəri heç şübhəsiz onun rəhbərliyi ilə Rəşadtəli Azərbaycan ordusunun cəmi 44 gündə dogma torpaqlarımızının azad olunması və bunun səbəbi ilə regionda yaranan yeni reallıqlardır. Günümüzün reallığı budur ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazdı. Bu səhifənin yazılmasında Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin nəticəsi olaraq dünyanın yeni xarici siyasəti nəinki Azərbaycanda müzakirə olundu, 44 günlük müharibənin gedişində tamamilə dəyişdi. Dünya beynəlxalq hüquq normalarının və prinsiplərinin mövcudluğunu qəbul etməyə məcbur oldu. Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaratdı. Bu format bu günədək üç və dördtərəfli idisə, artıq beş formatına keçdi. İşğalçı Ermənistanın yeni əməkdaşlıq formatında iştirakı isə bu ölkənin siyasi iradəsindən asılı olacaq.

Son olaraq qeyd edək ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya