» » Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbin şagirdləri “Narkotiklərə yox” deyir

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbin şagirdləri “Narkotiklərə yox” deyir



AKTUAL TV xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Təhsil Nazirliyinin Abşeron Rayon Təhsil şöbəsi və “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi bu gün Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbdə “Narkotiklərə yox” şüarı altında şagirdlər üçün maarifləndirici tədbir keçiriblər.

Tədbiri giriş sözü ilə açan Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbin direktoru Çinarə Atayeva bildirib ki, müasir dövrün ən aktual problemlərindən və bəşəriyyətin düçar olduğu ən ağır bəlalardan biri olan narkomaniya ilə səmərəli mübarizə aparmaq məqsədilə ilk növbədə cəmiyyətdə genişmiqyaslı və davamlı maarifləndirmə kampaniyasının həyata keçirilməsi mütləqdir. Azərbaycan dövlətinin bu sahədə gördüyü işləri əvəzolunmaz və həyati vacib kimi qiymətləndirən məktəb direktoru rəhbərlik etdiyi təhsil müəssisəsinin şagirdlərini narkomaniyaya qarşı mübarizədə fəal olmağa çağırdı. Məktəb direktoru bütün şagirdlərə tanımadığı insanlarla real həyatda yaxud sosial şəbəkələrdə ünsiyyat qurmaqdan çəkinməyi məsləhət gördü, çünki gənclərin inamından sui-istifadə edən narkotacirlər hədəflərinə çatmış olurlar.

“Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri Büllur Məmmədova öz növbəsində dedi ki, tədbirdə iştirak edən şagirdlər, istisnasız olaraq, həssas yaş dövrünü yaşayan insanlardır və onlar özlərinə dost seçərkən ehtiyatlı olmalıdırlar. Çünki narkotacirlər kiçik yaşlı, həyat təcrübəsi olmayan uşaqları aldadaraq onların narkomaniyaya qurşanmasına səbəb ola bilərlər. Büllur Məmmədova “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin “Narkotiklərə yox” devizinə dəstək olaraq bu cür tədbirləri davam etdirəcəyini vurğuladı. Onun sözlərinə görə, Azərbaycan dövləti hər bir vətəndaşının sağlamlığı uğrunda narkomaniya əleyhinə amansız mübarizə aparır və hər kəs xoşbəxt gələcək naminə bu mübarizəyə aktiv şəkildə dəstək göstərməlidir.

Şagirdlər qarşısında çıxış edən Abşeron rayonu polis idarəsi Saray polis bölməsinin əməkdaşı, polis kapitanı Gülnar Həsənova qeyd etdi ki, yerniyetmə və gənclərin asudə vaxtlarının düzgün təşkil olunması, həmçinin onların dərslərinə çox vaxt ayırması narkotiklərlə mübarizədə mühüm amillərdir. O, bildirdi ki, valideynlərin və müəllimlərin hərtərəfli nəzarəti altında təhsil prosesinin həyata keçirilməsi, şagirdlərin hətta öz geyimlərinə belə diqqət yetirməsi narkotiklərlə mübarizəyə müsbət təsirlərini göstərməkdədir.

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Məmmədov vurğuladı ki, narkotik maddələrin aludəçilərinin sağlam həyata qayıtmaq şansları sıfra bərabərdir. Onun sözlərinə görə, belə insanlar nəticə etibarilə əmək qabiliyyətini itirir və narkotik maddı almaq üçün vəsait tapmaq məqsədilə müxtəlif cinayətlərə, o cümlədən oğurluğa, hətta qətlə belə əl atırlar. Başqa sözlə, narkotik maddəyə aludə olmaqla insan sağlam həyatla birdəfəlik vidalaşmaqla bərabər öz tələbatlarını ödəmək məqsədilə bütün əxlaqi-mənəvi dəyərləri tapdalayaraq ən ağır əməllərə əl atır. Polis mayoru öz təcrübəsinə əsaslanaraq dedi ki, vaxt ötdükcə, narkotik maddə aludəçisindən bütün dostları, hətta ən yaxın ailə üzvləri belə üz döndərirlər. İbrahim Məmmədov vurğuladı ki, narkotacirlər yeniyetmə və gəncləri aldadaraq öz məqsədləri üçün istifadə etmək niyyətilə sosial şənəkələrdən geniş istifadə edirlər. O, bu səbəbdən şagirdləri internetdən istifadə edərkən maksimum dərəcədə ehtiyatlı və diqqətli olmağa çağırdı, çünki narkotik alverçiləri insanı yoldan çıxarmaq üçün ağlasığmaz üsullara əl atırlar.

Tədbir mövzu ətrafında sual-cavabla davam etdi.



















  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya