Главная > Şou biznes > Ramiz Əzizbəyli infarkt keçirdi - vəziyyəti ağırdır
Ramiz Əzizbəyli infarkt keçirdi - vəziyyəti ağırdır3-06-2021, 11:12. Разместил: admin |
Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib. Bu barədə "Report"a sənətçinin ailəsindən məlumat verilib. Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infarkt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti sabit-ağırdır”. Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Вернуться назад |